Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Sabiq bankir yeni faktlar açıqladı

cahangir-haciyevAzərbaycan Beynəlxalq Bankının  həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin ölkənin maliyyə-bank sektorunda baş verənlərlə bağlı ictimaiyyətə müraciəti cəmiyyətdə rezonans doğurmuşdu.

Xeberinfo.com:   Sabiq bankirin həmin müraciətindən sonra Beynəlxalq Bankda ətrafında  yenidən qalmaqallı məlumatlar yayıldı və  kadr dəyişikliyi baş verdi. Cahangir Hacıyev yenidən yaxınları vasitəsi ilə Azadlıq qəzetinə bu məsələlərə aydınlıq gətirən müraciət göndərib. Həmin yazını təqdim edirik.

Maliyyə-bank sistemində daha nə baş verməlidir ki, rəhbərlər barəsində  tədbirlər görülsün?!

Mətbuatda müraciətimdə bir sıra suallar ortaya qoymuşdum! O cümlədən, Azərbaycan Beynəlxalq Bankının  (ABB) 2015-ci ilə qədər özəl layihələrə qoyulan sərmayələri cəmi  2 milyard dollar olduğu halda dövlətdən 7 milyard manat üstəgəl 1 milyard dollar  məbləğ niyə götürülüb və harada istifadə olunub?  Sualın cavabı özünü çox gözlətmədi, qismən cavabını tapdı. Cəmi bir il ömrü olan ABB-nin menecmenti tam tərkibdə istefaya göndərildi və bir başqa dövlət bankının rəhbərinin  həbsi haqqında mətbuatda məlumatlar yayıldı. Bu da faciədir. Ümumiyyətlə, bir təcrübə  olaraq hüquq-mühafizə orqanlarımız  əvvəlcə şəxsi  həbs edir, sonra araşdırır ( başqa ölkələrdən fərqli olaraq). Yenə də gündəmə əsas sual gəlir. Dövləti  hər iki bankda ( ABB, AZƏR TÜRK BANK) təmsil edən, bu bankların Müşahidə Şurasının və Audit komitəsinin üzvləri Maliyyə Nazirliyinin işçiləri,  Müşahidə Şurasının sədrləri Maliyyə Nazirnin müavinləri olan,  Səhmdarlarının ümumi yığıncağının sədri  Maliyyə Naziri niyə yenə də kənardadır?

Vaxtı ilə öz dediyinə görə  qorxusundan ABB –nin işinə qarşıya  bilməyən Maliyyə Naziri indi də niyə passiv müşahidəçidir? Sözsüz ki, bu sualların bir cavabı var. ABB-da cari valyuta  qarabazarı qalmaqalı,  bundan öncə suni kredit qalmaqalı, 11 bankın bağlanması, valyuta ehtiyatlarının kəskin azalması və səmərəsiz  istifadəsi, xarici valyuta köçürmələirnə məhdudiyyətlər qoyulması, valyuta qıtlığı, maliyyə böhranı tutduğu vəzifəsinə görə ən azı  Maliyyə Nazirnin məsiliyyətidir.

Azər Türk Bank necə ələ keçirilib?

Vaxtı ilə Azər Türk Bankını türk təsisçilkərinin nəzarətindən, təsisçiliyindən çıxarılmaqla, ABB-nin menecmentinı  böhtan məlumatlarala kənarlaşdırmaqda məqsəd  özünə bu banklardakı  maxinasiyalarına  zəmin yaratmaq idi.

ABB-nin artıq istefaya göndərilmiş, vaxtı ilə kapital bankın rəhbəri Maliyyə Nazirinin sağ əlidir. Məhz onun əli ilə Maliyyə naziri SSRİ Əmanət Bankının əmanətlərinin   qaytarıımasını “uğurla” həyata  keçirmişdir.  Həmin  kompaniyada dünyasını dəyişən, mövcud olmayan əmanətçilərin əmanətlərinin  qaytarılması haqqında müvafiq hesablamalar və sənədlər mövcuddur.  Və  inaniram ki, bunlar üzə  çıxacaq. Məhz o missiyanı bitirərkən Maliyyə naziri   öz sağ əlinin vasitəsi ilə sonradan Azər Türk Bankını  türk təsisçilərdən “ təmizlədikdən” sonra onu ABB-na rəhbərliyə  gətirmişdir.

Nəticəsinin hamimiz şahidiyik. Bu da artıq faicə deyil  fəlakətdir. Barəmizdə aparılan ibtidai istintaq zamanı, birinci instanisya məhkəməsində gətirdiyim faktları araşdırıb həqiqəti üzə çıxarsaydılar çoxlu suallara aydınlıq gətirilərdi, bu gün yaşanan bir çox  problemlərin qarşısı alınardı.

Cahangir Hacıyevin ölkəyə valyuta gətirən layihələri qəbul olunmayıb

Maliyyə naziri  vaxtı ilə işlədiyim təkliflərin- Rusiya dövlət banklarından 1 milyard dollarıq  ABB-nın layihələrinə sərmayələr, 2 milyard kubmetr qazın Metanol zavodu üçün alınması,  Albaniyada neftayırma zavodlarına 350 milyon avro sərmayə və bir çox başqalarının  qarşısını  almasaydı   bu gün dövlətdən bu qədər valyuta alınmazdı, əksinə ölkəyə valyuta axını olardı.

İndi də  apelleyasiya  şikayətimizdə məhkəmənin istintaqla aparılması  vəsatətlərimiz rədd edilir.  Kimlər hansı araşdırmalardan qorxullar?!   Hüquq mühafizə orqanları zəhmət çəkib qarabazarda valyuta satışı ilə məşğul olan sıravi işçiləri axtarmasınlar, maliyyə mənbələrinin başında dayanan dəfələrlə dediyim kimi maliyyə təhsili olmayan və təcrübəsi yalnız 90-ci illərdə Malakan bağı adlanan yerdə valyuta qarabazarında təcrübəsi olan rəhbərlərə nəzər salsınlar.

Dünyada kritik menecmenti anlayışı vardır, yəni böhran vaxtı idarəçilik qabiliyyətinə, beylənxalq nüfuza malik olan  mütəxəssislərin xidmətindən istifadə etməklə böhrandan çıxmaq. Bizim Maliyyə blokunun rəhbərləri enerji resurslarının dünya bazarı qiymətlərinin pik həddində rahat işləyib heç nə yaratmadan yalnız xərcləməyə öyrəşiblər. Daha nə baş verməlidir ki, nəhayət  bu aksioma başa düşülsün?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam