Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BEYNƏLXALQ BANKA VERİLƏN 12 MİLYARD HARA YOXA ÇIXIB? –ŞOK TƏFƏRRÜAT

Cahangir-Hacıyev

Azərbaycanın ən böyük bankı olan ABB-nin Nyu-york məhkəməsinə restrukturizasiya üçün müraciət etməsi ölkəmizin bütün bank sistemini çökdürə bilər.

Yenixeber.org:  Bir çox iqtisadçı ekspertlər bu təhlükəni istisna etmirlər. Ölkənin tanınmış iqtisadçı eksperti Natiq Cəfərli də bu cür bədbin proqnoz verənlərdir.
Ekspert mövzuyla bağlı mətbu orqanlara verdiyi açıqlamalardan birində dövlətin nəzarətindəki ən güclü banklardan biri kimi tanınan Azərbaycan Beynəlxalq Bankının indiki hala düşməsinin ağır nəticələri ola biləcəyini vurğulayaraq, deyib ki, ABB-nın beynəlxalq maliyyə qurumları arasında  yaratdığı güvən sayəsində digər kommersiya bankları da xarici kreditlər əldə edirdilər: “Baş verən hadisədən sonra isə digər banklar da bu imkandan məhrum oldular. Bu isə ölkənin bank sektorunun iflas olunması ehtimalını gücləndirir. Çünki, xaricdən ucuz vəsait cəlb edib, yüksək faizlə kredit vermək ölkənin bank sisteminin əsas prioriteti olub. Amma indi xaricdən borc almaq mümkünsüz və ya daha çətin olacaq”.

Dərd burasındadır ki, Nyu-york məhkəməsinə müraciətilə özü kimi Azərbaycanın da beynəlxalq nüfuzuna kölgə salan ABB-nin indiki çətin vəziyyətə düşməsinin əsl səbəbləri və səbəbkarı da tam bəlli deyil. Baxmayaraq ki, 2015-ci ilin ilk iki ayına qədər bankın sədri vəzifəsini həyata keçirən Cahangir Hacıyev bütün günahların əsas baiskarı kimi həbsə atılıb, barəsində 15 il azadlıqdan mərhum etmək hökmü çıxarılıb.

cahangir-haciyev

Statistik məlumatlar və Beynəlxalq Bankla bağlı irəli sürülən bəzi iddialar isə məsələnin kökünün daha dərin olduğunu göstərir. Belə ki, beynəlxalq auditlərin hesabatlarına görə, ABB 2014-cü ilin yekunlarını 25 milyon dollar xalis gəlirlə başa vurmuşdu. Üzərindən cəmi altı ay keçəndən sonra isə ABB-nin 600 milyon zərər etdiyi rəsmən açıqlanmışdı. 2016-cı ildə isə zərər 1.9 milyard olub.

ABB-nin zərəri bununla da bitməyib. Məlumatalara görə, indiyə qədər problemli kreditlərin sağlamlaşdırılması tədbirləri məqsədilə Mərkəzi Bankdan Beynəlxalq Banka 10 milyard manata yaxın vəsait köçürülüb. Dövlət Neft Fondu da eyni məqsədlə əlavə 1 milyard dollar ayırıb. Bank isə bir neçə gün öncə hələ 3.3 milyard dollar borcu olduğunu açıqlayıb. Belə çıxır ki, onun ümümi xarici borcu 14 milyard dolları keçibmiş. Az qala, Azərbaycan büdcəsinə yaxın bu börc yükünün yaranmasının səbəbi isə müəmmalıdır. Axı necə ola bilər ki, 2014-cü ili 25 milyonluq mənfəətlə başa vuran bank iki il ərzində 14 milyard dollarlıq zərərə düşsün?

“AzPolitika.info”un suallarını cavablandıran adının açıqlanmasını istəməyən iqtisadçı ekspertlərdən birini də məhz bu müəmma narahat edir:“Problemli aktivlər “Agrokredit”ə keçirilb və əvəzində ABB 9.93 milyard manat  həcmində nəğd vəsait əldə edib. Əlavə, banka 70 milyon manat və 1.3 milyard dollar da sağlamlaşdırma tədbirlərini həyata keçirmək üçün ayrılıb. Bu isə toplam 12 milyard manat edər. Bank hələ də borcludursa, həmin 12 milyardın taleyi necə olub?”.

Mənbəmiz bu qədər böyük vəsaitin yoxa çıxmasını Cahangir Hacıyevin məhbəsə düşməsindən sonraya təsadüf etdiyi bildirir: “2015-ci ilinəvvəllərində ABB-nin kredit portfelinin yalnız 2 milyard dollar qismi özəl layihələrə xərclənib. 4 milyard isə dövlət qurumlarının və rəsmi sifarişləri icra edən şirkətlərə verilib. Fərz edək ki, Cahangir Hacıyevlə bağlı bütün layihələr səmərəsiz olub. Onda banka 12 milyard manatlıq vəsait niyə verilirdi? Belə çıxır ki, 4 milyard dollarlıq dövlət sifarişləri də problemli idi?”

Həmsöhbətimiz, Cahangir Hacıyevin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrün sonuncu ilində-2014-cü ildə ABB-nin xarici borclanmasının 1.5 milyard dollardan yüksək olmadığını xatırlatdı: O cümlədən də 500 milyon dollar avro-istiqrazlar satmışdı. Bəs, əldə edilən bu vəsaitlər niyə borcların qaytarılmasına yönəldilməyib?”

Qeyd edək ki, Azərbaycanın son zamanlara qədər xarici bazarlarda avro-istikraz yerləşdirən 3 emitenti var idi-SOCAR, Maliyyə Nazirliyi və ABB. Mənbəmizin iddiasına görə, ən uğursuz yerləşdirmə isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilib: “ABB və SOCAR bondları 100%-lik nominal dəyərində, Maliyyə Nazirliyi isə 98%-lə satıb. Bununla da ictimaiyyət aldadılıb. Halbuki, zahirən, Maliyyə Nazirliyinin avro-istikrazları digər iki emitentdən daha ucuz, yəni daha sərfəli faizlə yerləşdirilmişdi”.

beyn

Beynəlxalq auditlərin və Mərkəzi Bankın qiymətləndirmələrinə əsasən, ABB-nin 2015-ci ilə qədər problemli kreditlərinin ümumi portfelin 10%-ni keçmədiyini xatırladan mənbəmiz Cahangir Hacıyevin həbsindən sonra vəziyyətin tamamilə əks istiqamətdə dəyişildiyini iddia edir və başbilənlərə digər sualını ünvanlayır: “2015-ci ilin mart ayından dərhal sonra nə oldu ki, bu rəqəm 90%-ə yüksəldi?”

ABB-nin ən iri borc alanlarının hansı şirkətlər olduğunun bilindiyini deyən mənbəmiz nizamnaməyə görə, Müşahidə Şurasının izni olmadan 1 milyondan artıq kreditin verilmədiyini bildirdi: Elə şirkətlər var ki, onların aldığı kreditlər nəinki 1 milyon, hətta 1 milyard dollardan yuxarı olub. Məsələn, böyük şirkətlər qrupundan birinə 1.7 milyard dollar kredit verilib. Bu qədər böyük məbləğdə pulu Cahangir Hacıyev verə bilməzdi. Bankın Müşahidə Şurasına isə Maliyyə Nazirliyinin yetkililəri rəhbərlik edirdilər”.

Beynəlxalq Bankın indiki ağır vəziyyətə salınmasında Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən devalvasiya siyasətinin mühüm rol oynadığını bildirən mənbəmiz bu gün də ABB-nin defolta sürüklənməsi istiqamətində yürüdülən şüurlu siyasətin davam etdirildiyi fikrindədir: “Sizə ən sadə bir misal deyəcəyəm. Bilirsiniz ki, ABB-nin Nyu-york məhkəməsinə məlum müraciətindən sonra bütün kreditorlar bir-birinə dəydi. Çünki bu, faktiki olaraq, defoltun etirafı idi və haqlı olaraq bütün kreditorlar banka qoyduqları vəsaiti tələb etdilər. Təsadüfi deyil ki, həmin müraciətdən dərhal sonra Qazaxıstanın inkişaf və investisiyalar üzrə sabiq nazir müavini Rahim Oşakbayev ölkəsindəki təqaüdçülərinin taleyinə görə narahat olduğunu bəyan etdi. O, ABB-nin defolta uğraya biləcəyinə eyham vuraraq, ölkə rəhbərlərindən Qazaxıstanın “Vahid təqaüd yığım fondu”nun (VTYF) banka qoyduğu 220 milyon dollarını geri çəkməsini istədi. Bu, hələ mətbuatda əks olunan nigarançılıqlardandır. Narahatlıqları mətbuatda əks olunmayan kreditorlar da az deyil. Bu cür panika yaratmağa nə ehtiyac vardı? Axı kreditorlarla danışıqlar tam məxfi də aparıla bilərdi. ABB isə nədənsə səs-küy yaratmağa, özünün müflisləşmə ərəfəsində olduğunu göstərməyə daha çox üstünlük verdi”.

samir-sherifov (1)

Bir zamanlar “Kapital Bank”in da üzərində eyni ajiotaj yaradıldıqdan sonra özəlləşdirildiyini xatırladan mənbəmiz eyni aqibətin ABB-nin başına gətiriləcəyindən narahatdır: “Bütün bunların başında isə Maliyyə naziri Samir Şərifov dayanır. O, ya bilərəkdən bunu edir, ya da tez-tez təkrarlanan səhvlərə yol verir. Hər iki halda da Samir Şərifov əyləşdiyi posta layiq biri təəssüratı yaratmır.

Bu da azmış kimi, məlumatlara görə, bu ayın 23-də ABB-nin kreditorlarıyla danışıqlar aparmağa hazırlaşır. Nə qədər düzgündür ki, bank sistemini bu hala gətirən bir adam ABB-nin kreditorlarıyla bankın taleyi barədə danışıqlar aparsın?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam