Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq bankir 5 milyard məsələsindən danışdı - MƏHKƏMƏ

cahangir_haciyev-bankXeberinfo.com:   «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev ölkədən 5 milyard çıxarıb ofşor zonalara yerləşdirməsi barədə Maliyyə Nazirliyinin ittihamlarına cavab verib.

«MƏNƏ DƏ 100 SİFARİŞ OLUB»

«Bu gün xaricdəki təsisçi şirkətlərə sorğu verin, görün, benefislər kimlərə məxsusdur – Cahangir Hacıyevə, yoxsa Samir Şərifov və digərlərinə? Mənimsənildiyi iddia olunan vəsait layihələrə sərf olunub. Bu gün həmin layihələr öz əllərində olduğundan sənədləri vermirlər. Nə baş verdiyini siz də, mən də yaxşı bilirik. Şou göstərəndə, heç olmasa, yaxşı təşkil eləyin. Mənə də 100 sifariş olub, amma elə eləmişəm ki, nə şiş yanıb, nə kabab. Daha şou göstərməmişəm», – C.Hacıyev məhkəməsində çıxış edərkən deyib.

Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində C.Hacıyev və digərlərinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə istintaqının gedişindən narazılıq edib: «Təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası, müdafiə hüququ pozulur. İttiham tərəfi qərəzli sənədlər təqdim edir. Bizim sənədlərlə bağlı vəsatətlərimiz isə ümumiyyətlə, heç müzakirəyə çıxarılmır».

«5 MİLYARDLA BAĞLI SƏNƏDLƏR VARSA…»

Vəkil Maliyyə Nazirliyinin 5 milyardlıq ittihamını C.Hacıyev barəsində mənfi ictimai rəy yaratmaq cəhdi kimi qiymətləndirib: «Maliyyə Nazirliyində 5 milyardla bağlı sənədlər varsa, niyə istintaqa təqdim etməyib, yoxdursa, niyə belə açıqlama verir?».

Prokuror cavabında bildirib ki, o açıqlamanın ittihama aidiyyəti yoxdur: «O açıqlama bankla yox, şəxslə bağlıdır».

Cahangir Hacıyev məhkəmə proses başlanandan maliyyə naziri Samir Şərifovu ittiham edir, nazirin onunla birlikdə müttəhimlər kürsüsündə oturmalı olduğunu deyir, Şərifovu devalvasiyada günahkar sayır.Maliyyə Nazirliyi isə bu günlərdə verdiyi açıqlamada bu ittihamları «əsassız» adlandırıb, bank vasitəsilə 3.7 milyard dollar və 1.1 milyard avro vəsaitin ölkədən çıxarıldığını bildirib.

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam