Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Oğlumu oğurlayıb, 50 min istədilər" -Akif Çovdarovun məhkəməsi

 

 

Ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə keçirilən məhkəmə prosesində şahid və zərərçəkmiş şəxslər ifadə verib. Akif Çovdarovun daha bir qohumu şahid qismində məhkəmədə dindirilib.
Xeberinfo.com:   Musavat.com xəbər verir ki, Xədicə Hüseynova Akif Çovdarovun əməllərinin qurbanı olduğunu deyən brilyant alverçisi Şahmar Qurbanovun epizodu üzrə dindirilib. Sonuncu prosesdə Xədicə Hüseynovanın həyat yoldaşı İsgəndər Hüseynov eyni epizod üzrə ifadə vermişdi. İsgəndər Hüseynov Akif Çovdarovun yaxın qohumu olmaqla yanaşı, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşıdır.
 
Xədicə Hüseynova ifadəsi zamanı bildirib ki, həyat yoldaşının brilyant alverçisi, zərərçəkmiş Şahmar Qurbanovdan ev almasından xəbərsizdir: "İsgəndər məndən şəxsiyyət vəsiqəmi aldı, sonra evi adımı keçirdi. Mən Şahmar Qurbanova vəsiqəmi verməmişəm. Olanlardan da xəbərsizəm".
Qeyd edək ki, İsgəndər Hüseynov brilyant alverçisinin əmlakını A.Çovdarovun göstərişi ilə ələ keçirməkdə ittiham olunur. Şahmar Qurbanov deyib ki, İ.Hüseynov ona məxsus evi zorla arvadının adına keçirib. O, iddia edib ki, 380 minlik brilyantı və 500 min dolları da İsgəndər Hüseynovun vasitəsi ilə A.Çovdarova verib. İsgəndər Hüseynov isə ittihamlarla razılaşmır.
 
Məhkəmədən sonra vəkil Kamandar Nəsibov musavat.com-a deyib ki, fasilə zamanı Akif Çovdarovun səhhəti ağırlaşıb, şəkəri qalxıb: "Akif Çovdarovun şəkəri qalxıb. Artıq A.Çovdarov komaya düşür. Bizim tələbimizlə həkimlər də bunu gördü. Hakim də həkimə deyir ki, şərbət verin, içsin. Bizim etirazlarımıza baxmayaraq, A.Çovdarovu bu vəziyyətdə məhkəməyə gətiriblər".
A.Çovdarovun idarəsinin işçisi (MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi), polkovnik-leytenant Akif Əliyevdən zərərçəkmiş şəxslər kimi göstərilən “Met-ak” şirkətinin maliyyə işləri üzrə direktoru Zülfüqarov Fuad Zülfüqar oğlu və şirkətin rəhbəri Alik Kərimov ifadə veriblər, vəkillərin suallarını cavablandırıblar.
Alik Kərimov Akif Çovdarovdan şikayətçi və ondan heç bir tələbinin olmadığını söyləyib. A.Kərimov deyib ki, o zaman MTN-də işləyən Natiq Alıyev onun oğlunu oğurlatdırıb: "Oğlumu oğurladılar. Məndən 50 min tələb etdilər. Mən Akif Çovdarovdan bu işə görə kömək istədim. Mənim şikayətim Natiqdən idi. Ancaq istintaqda necə oldusa, belə göstərilib".
Məhkəmə prosesi dekabrın 5-də davam etdiriləcək. 
Onu da bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, polkovnik-leytenant Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam