Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Aclıq aksiyasına başlayacam və məhkəməyə gəlməyəcəm" -Akif Çovdarov yenə meydan oxudu

 

 

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xeberinfo.com:   Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses zərərçəkmiş Mübariz Məmmədovun epizodu üzrə davam edib. Məhkəmədə iki DTX əməkdaşı ifadə verib. Onlar yalnız Mübariz Məmmədovun nazirliyə gəlməsindən xəbərlərinin olduğunu deyiblər. 
Akif Çovdarovun vəkili Kamandar Nəsibov musavat.com-a açıqlamasında deyib ki, məhkəmədə Çovdarov səhhəti ilə bağlı keçirilən ekspertizadan narazılığını bildirib: "Məhkəmə qərar vermişdi ki, Çovdarovun ekspertizadan keçirilməsi üçün xaricdən mütəxəssislərin gətirilməsinə icazə verilir. Amma ekpsertiza zamanı buna icazə verilmədi. Akif Çovdarov da buna etiraz etdi. O, qeyd etdi ki, "Ekspertiza formal olaraq keçirilir. Ekspertiza komissiyasının rəhbəri xaricdən gələn həkimlərin iştirakına icaz vermədi. Mən də buna etiraz olaraq üçüncü gündən aclıq aksiyasına başlayacam və məhkəməyə gəlməyəcəm". Biz də məhkəmənin çıxardığı qərarın icda edilməsinə şərait yaradılmamasına etiraz etdik".
Xatırladaq ki, Akif Çovdarov ötən il noyabrın 25-də aclıq aksiyasına başlamışdı. O, səhhətində yaranan problemlərin müalicəsi üçün ona şərait yaradılmadığına etiraz edirdi. Çovdarov aksiyanı bir aya yaxın davam etdirdikdən sonra məhkəmə onun yenidən ekspertizadan keçirilməsi barədə qərar qəbul etdi. 
Növbəti məhkəmə prosesi fevralın 1-nə təyin edilib.
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

 




Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam