Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

AXCP-yə qərargah verən mülkün sahibi polis bölməsinə aparıldı

 

   "Xeberinfo.com": Bu ilin martın 3-də partladılan, səhəri gün sökülən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahının sahibi Azər Əsgərov dünən günorta saatlarında həbs edilib.

Buna səbəb mülk sahibinin təzminat ödənilməməsi səbəbindən sökülən ərazidə çadır qurub, etiraz aksiyası keçirməsi olub. Azər Əsgərovu Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə aparıblar.

Azər Əsgərov deyib ki, 3 ay ərzində heç bir aidiyyatı orqan onun etdiyi şikayətlərə baxmır: “Etiraz etməyimə səbəb pozulan hüquqlarımdır. Keçən 3 ay ərzində heç bir dövlət orqanı şikayətlərimə baxmır. Sökülən mülküm üçün mənə təzminat belə ödənilmir. Sanki Azərbaycanda dövlət yoxdur. Həbs edilərkən mayor başda olmaqla polis əməkdaşları mənə qarşı zorakılıq edərək maşına mindirdilər. Sona qədər mübarizə aparacam. Axşam yenə çadır qurub gecəni sökülən ərazimdə keçirəcəm”.

Bir neçə saat sonra isə Azər Əsgərov polis bölməsindən sərbəst buraxılıb.

A.Əsgərovun vəkili Namizəd Səfərovun sözlərinə görə, 80 gündən artıq vaxt keçməsinə baxmayaraq müdafiə etdiyi şəxsə hələ də kompensasiya ödənilməyib: “Azər Əsgərova vurulan maddi zərərin əvəzi bu günə kimi ödənilməyib. O da məcburən deyir ki, mən burada çadır qurub yaşayacam. Hasara alınmış əraziyə daxil olaraq deyib ki, əgər mənə yer verilmirsə, mən də burada qalacam. Çünki bu adamın başqa çıxış yolu yoxdur. Ya imkan verməlidirlər orada təzə ev tiksin, ya da kompensasiya verməlidirlər. Buna görə də polisə göstəriş verilib, gəlib aparıblar.

Bütün təşkilatlara ərizə ilə müraciət olunub. Həmin ərazidə yaşayan başqa vətəndaşlara kifayət qədər yüksək məbləğdə kompensasiya ödəyiblər, Azər Əsgərova isə yox”.

 

Vəkil gələn həftə bazar ertəsi günü Nərimanov rayon icra başçısının sahibkarı qəbul edəcəyini də bildirib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam