Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AXCP qərargahının keçmiş sahibi vətəndaşlıqdan imtina etdi

 

 

   "Xeberinfo.com": Bu ilin martın 3-də partladılan, səhəri gün sökülən AXCP-nin qərargahının sahibi Aazər Əsgərov ölkə vətəndaşlığından imtina edib. A.Əsgərovun belə bir addım atmaslına səbəb mülkiyyət hüququnun pozulamsıdır. Belə ki, o üstündən 7 aydan çox bir zaman keçsə də nə sökülən mənzilinə görə, kompensasiya, nə də mülkü sökülən zaman ofisdəki əşyaları ala bilər. Nərimanov rayonunda yerləşən 320 kvadrat metrlik tam təmirli qərargahın kvadrat metrinə 1050 manatdan kompensasiya verilir. Bu isə təbii ki, mülk sahibini qane etmir. Əvvəla, Azərbaycan respublikasının Konstitusiyasının 29-cu maddəsində qeyd edildiyi kimi məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Məlum məsələdir ki, Azər Əsgərovun mülkiyyəti dövlət ehtiyacları üzündən sökülməyib. Sadəcə o, ofisini müxalifət partiyası olan AXCP-yə verdiyi üçün öncə partladılıb və qəzalı olduğu bəhansəiylə səhəri günü sökülüb.

Bütün hallarda ona yüksək məbləğdə kompensasiya verilməlidir və bu qiyməti dövlət deyil, həmin şəxs müəyyənləşdirə bilər. Ancaq hər şey əksinədir. Ofisi sökəndə hökumətdir, qiyməti müəyyənləşdirən də.

Üz tutuğu məhkəmə instansiyalarında heç bir nəticə əldə edə bilməyən A.Əsgərov bu üzdən ölkə vətəndaşlığından qərarına gəlib.

 

O, özünün “FAcebook” səhifəsində bunları qeyd edib: “Mən bu gün Azərbaycan prezidentinə (22.09.2014, saat 15:45-də) Azərbaycanda İnsan və Mülkiyyət hüquqları pozulduğuna görə, vətəndaşlıqdan imtina etməyim barədə ərizə verdim. Belə bir hökumətdə bu dövlətin vətəndaşı olmaq istəmirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam