Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

AXCP-nin qərargahının sahibiylə heç kim görüşmür

 

      "xeberinfo.com": “Mənimlə hələ indiyədək heç kim söhbət etməyib. Binamda partlayış törədiblər, mən olmadan söküblər, əşyalarımı aparıblar. Ancaq heç kim mənə dəymiş ziyanla bağlı heç bir söhbət etmir”. Bu sözləri AXCP-nin icarəyə götürdüyü və martın 3-də partladılaraq bir gün sonra sökülən qərargahın yerləşdiyi mülkün sahibi Azər Əsgərov deyib. Onun sözərinə görə, hadisənin üstündən 20 gündən çox vaxt ötsə də yalnız Nərimanov rayon icra hakimiyyətinin başçısının müavini Şahmar İbadovla görüşüb: “Şahmar İbadovla görüşdüm. Mənə dedi ki, sənə torpaq sahəsi veriləcək. ancaq bunun nə vaxt, nə zaman olacağı barədə bir söz deyilmir. Hadisənin nədən törədilməsi barədə də heç bir sənəd təqdim etmirlər. Məhkəməyə müraciət etmişəm”.

 

     Azər Əsgərov deyir ki, o ölkədə olmadığı vaxt mülkünü söküblər: “Bu cinayətdir. Halbuki hər kəsin xəbəri var ki, mən yolda idim. Bir saatda gözləsəydilər gəlib çatardım. Ancaq tezbazar sökdülər. Əşylarımı daşıdılar. Mən ordan bir çöpdə götürə bilməmişəm. Deyirlər ki, əşyalarını siyahıya almışıq. Ancaq harada saxladıqları barədə məlumat vermirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam