Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“AAAF-İNŞAAT”ın rəhbərinin ölkədən çıxışına qadağa - RƏSMİ

turist_esas_047

Vergilər Nazirliyi rəhbərlərinin ölkədən çıxmasına məhdudiyyət qoyulan şirkətlərin yeni siyahısını açıqlayıb.

Xeberinfo.com:  Son iki ayda onların sayı iki dəfə artaraq 998-ə çatıb.

Yeni siyahıda ölkə iqtisadiyyatı üçün mühüm olan şirkətlər də var. “Azeri Drillinq Kompani” MMC-nin dövlət büdcəsinə 886 min 416 manat borcu var. Bu şirkət 2006-cı ildə SOCAR-ın (35% və “Target Petroleum Azerbaycan Korporeysn” – 65%, Panama) iştirakı ilə yaradılıb. Bu səbəbdən Faiq Məmmədov borc ödənilənə qədər ölkədən çıxa bilməz.

11 min 99 manat borca görə eyni cəza “İSR Holding” qrupuna daxil Neftçala Yod-brom zavodu rəhbərinə də tətbiq edilib.

“AAAF Park Xirdalan” tikinti şirkəti (“AAAF Park” şirkətlər qrupu) dövlət büdcəsinə cəmi 1852 manat borcu ödəməyib. Amma onun rəhbəri də eyni cəzaya məruz qalıb.

“Yeddi Gözəl” MMC-nin (“Gilan Holding”in Qəbələdəki eyniadlı oteli) 68931 manat borcu var.

Qeyd edək ki, bu siyahıda çıxsaylı birgünlük şirkətlərə rəhbərlik edən 10-a yaxın şəxs var. Bir qayda olaraq, belə şirkətlər vergidən yayınmaq üçün yaradılır. Onların rəhbərləri isə müəyyən məbləğ müqabilində cinayət cəzası ilə razılaşır.

Siyahı ilə buradan tanış ola bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam