Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Azərbaycanda 38, Gürcüstanda 7% rüşvət verilir…"

korrupsiyaAvropa və Asiyada hər 3 adamdan biri ölkəsinin korrupsiya problemiylə üz-üzə qaldığını düşünür. 

Xeberinfo.com:   Korrupsiya ilə mübarizə aparan beynəlxalq qurum“Transparency International”ın yeni hesabatında belə deyilir.

42 ÖLKƏDƏ 60 MİN VƏTƏNDAŞ

Hesabatın hazırlanmasında iştirak edən vətəndaşların çoxu dövlət rəsmiləri və millət vəkillərinin rüşvət aldığına əmindir və dövlətin korrupsiyanı əngəlləməyə yetərincə iş görmədiyini deyib.

“Transparency İnternational” sənədi hazırlamaqdan ötrü 42 ölkədə 60 mindən çox vətəndaşla danışıb, onların gündəlik həyatda korrupsiya ilə nə qədər sıx üzləşdiyini öyrənərək, qiymətləndirmə aparıb.

Hesabatın xəritəsi korrupsiyadan Avropanın şərq hissəsinin əziyyət çəkdiyini, ümumiyyətlə, rüşvətxorluğun səviyyəsinin şərqə doğru artdığını göstərir.

Hesabata görə, Azərbaycan korrupsiyanın ciddi problem olduğu ölkələrdəndir. Bu ölkədə vətəndaşların 38%-i ictimai xidmətlərdən yararlanmaq üçün rüşvət verdiyini bildirib.

0 FAİZ

Ən yüksək rəqəm Tacikistanda və Moldovada qeydə alınıb. Tacikistanda əhalinin yarısı, Moldovada isə 42%-i korrupsiyayla tez-tez üzləşdiklərini deyib. Qonşu ölkələrdən Rusiyanın göstəricisi 34%, Türkiyəninki 18%, Ermənistanın göstəricisi 24%, Gürcüstanınkı isə 7%-dir.

Ən aşağı, yəni ən yaxşı rəqəm Böyük Britaniyanınkıdır – 0%. İsveçdə rəyi soruşulanların cəmi 1%-i, Niderland, Fransa və Portuqaliyada 2%-i ölkədə korrupsiyanın olduğunu bildirib.

Amma həm Avropa Birliyi (AB) dövlətlərində, həm də AB üzvlüyünə namizəd ölkələrdə əhalinin yarıdan çoxu (53%), elə MDB və ümumiyyətlə, keçmiş Sovet ölkələrində də əhalinin 56%-i hökumətin korrupsiyanın qarşısını almaqda aciz olduğunu deyib.

Bundan başqa, vətəndaşlar varlıların dövlət siyasətinə təsir etmək iqtidarında olduğuna əmindirlər. “Korrupsiya bütün Avropa və Mərkəzi Asiyada ciddi problemdir. AB ölkələrində də əhali varlıların və vəzifə başında olanların sistemi öz xeyirlərinə dəyişdirdiklərini görür”. Bunu “Transparency İnternational”ın rəhbəri Jose Ugazdeyib. Onun sözlərinə görə, dövlətlər məhz hakimiyyətdəkilərin mənfəətini güddüklərindən korrupsiyayla yetərincə mübarizə aparmırlar.

30% EHTİYATLANIR

Təşkilatın araşdırmaları göstərir ki, korrupsiyayla mübarizəyə əngəl amillərdən biri də vətəndaşların bu barədə danışmaqdan çəkinməsidir. Hesabat hazırlanarkən rəyi soruşulanların 30%-i əhalinin nəticələrdən ehtiyatlanaraq bu barədə danışmaq istəmədiyini bildirib.

Məsələn, Ukrayna və Azərbaycanda rüşvətxorluğun səviyyəsi eyni rəqəmlə – 38%-lə göstərildiyi halda, Ukraynada rəyi soruşulanların 86%-i korrupsiyaya görə hakimiyyətdəkiləri günahlandırıb. Amma hesabatda Azərbaycanda rəsmilərə ittihamla bağlı rəqəm yoxdur.

“Transparency İnternational” korrupsiyayla mübarizə tövsiyələrini də açıqlayır. Qurum qanunların şəffaflığının, məhkəmələrin müstəqilliyinin, korrupsiya hallarını ifşa edən şəxslərin qorunmasının təmin olunmasını, hökumətlərin bundan ötrü müvafiq qanunlar qəbul etməsini məsləhət görür.

Hakimiyyət təmsilçiləri, hələlik, bu hesabatla bağlı mövqe açıqlamayıblar. Amma hökumət ölkədə korrupsiyanın tüğyan etməsiylə bağlı fikirləri, bir qayda olaraq, rədd edir, bu sahədə bir sıra qanunvericilik tədbirlərinin görüldüyünü, daimi mübarizə aparıldığını vurğulayır. Dövlət başçısı daxil olmaqla, rəsmilər son illər yaradılmış “ASAN” xidmətin ölkədə korrupsiyanın səviyyəsini azaltdığını bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam