Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra Hakimiyyətinin işçiləri qanuni mülk sahibinin qolunu sındırdı - FOTO + VİDEO

absheron-icra“Abşeron rayon İcra Hakimiyyətinin rəhbər işçiləri olan – Sərviz və Abidun adlı şəxslərin göstərişi ilə onların gətirdiyi dəstə üzvləri heç bir əsas olmadan bizi vəhşicəsinə döydü və bədənimizə ağır xəsarətlər yetirdi”

Xeberinfo.com:   Bu sözləri etdikləri şikayətdə Bakı şəhər Suraxanı rayon sakinləri İsmayılov Rövşən Əziz oğlu və Musayev Röyal Ehtiram oğlu söyləyib.

Şikayətçilər bildirir ki, noyabr ayının 5-i səhər saatlarında onlara məlumat verilib ki, qanuni yolla mülkiyyətlərinə aid olan təsərrüfatlarının hasarları naməlum şəxslər tərəfindən sökülür. Hadisə yerinə yollanan vətəndaşlar həmin yerdə əməlli başlı sürprizlə rastlaşıblar. Rövşən İsmayılov bildirir ki, Suraxanı rayonunda yaşasa da, Abşeron rayon ərazisində onun fermer təsərrüfatı var:

“Bu məqsədlə 99 illik müqavilə əsasında torpaq sahəsi icarəyə götürmüşük. Ərazainin mənə məxsus olduğunu təsdiq edən bütün sənədlər də mövcuddur. Amma buna məhəl qoyulmadı. Mən həmin yerdə maldarlıq və quşçuluqla məşğulam. Gördüm ki, mülki geyimdə olan bir neçə şəxs əraziyə gətirdikləri texnikanın köməyi ilə hasarları sökürlər. Səbəbini soruşanda bizi təhqir etdilər, döyməyə başladılar. Biz qanuni haqqımızı tələb etdikdə belə, vəhşicəsinə döyüldük. Bütün əmrləri Sərviz və Abidun adlı şəxslər verirdi. Bizə ayrılan torpağa sərəncamı Abşeron rayonunun sabiq icra başçısı Zakir Fərəcov verib. Onun imzası qanunsuzdursa, qoy bunu bizə hüquqi yolla izah etsinlər. Axı, belə davranış dövlət qulluqçularının etikasına sığmır. Bütün hüquqi vasitələrdən istifadə edəcəm ki, təhqir olunmağıma, əsassız döyülməyimə qanuni qiymət verilsin, günahkarlar cəzalandırılsın”.

Digər şikayətçi Röyal Musayev isə bildirdi ki, döyülmə nəticəsində onun qolu çatlayıb:

“Bizim də həmin ərazidə topağımız var. Mülkiyyət hüququ anama məxsusdur. Lazımı sənədləri sizə də təqdim edirəm. Həmin ərazidə əkin əkməyi planlayırdım. İcra Hakimiyyəti işçilərinin bu cür kobud davranışını anlaya bilmədim. Dövlət məmuru nədir, vətəndaşı döyüb təhqir etmək nədir?

Mən bu cür davranışa təəccüb edirəm. Qoy Sərviz və Abidun adlı rəhbər işçilərin başlarına yığıb gətirdikləri dəstədə təmsil olunanların kimliyi araşdırılsın. Əminəm ki, onların böyük əksəriyyəti qocu rolunu oynayır, icra hakimiyyətinə heç bir aidiyyətləri yoxdur. Bizə qarşı olan qanunsuzluqla bağlı, ərazi aidiyyəti üzrə 31-ci polis bölməsinə şikayət etdik. Həkim ekspertizasından da keçdik, bədənizmidə xəsərətlərin olduğunu təsdiqləyən rəy verildi. Mən bütün əlaqədar qurumlardan bu məsələnin obyektiv araşdırılmasını tələb edəcəm. Ölkədə özəl sahibkarlığa rəhbərlik tərəfindən yaşıl işığın yandırıldığı bir zamanda, Abşeron rayon İcra Hakimiyyətinin bu cür yanaşması olduqca təəccüblüdür. Bizə qarşı cinayət əməlinə yol verilib. Bunun başqa adı ola bilməz. Mən bütün qanuni vasitələrdən istifadə etməklə, bu məsələnin tam araşdırılmasını tələb edəcəm”.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini öyrənə bilmədik. Onların da, münasibətini dinləməyə hazır olduğumuzu bildiririk.

Sözügedən rayonun rəsmi internet resursuna müraciət edib və məlum olub ki, sakinlərin adlarını çəkdiyi Sərviz və Abidun adlı şəxslərin adları icra hakimiyyətində vəzifədə təmsil olunan şəxslər sırasında qeyd edilir.

Həmin cədvəli, şikayətçilərlə edilən videosöbəti, deyilən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədləri və əraziyə gələn şəxslərin avtomobillərinin fotolarını təqdim edirik. (azinforum.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam