Polis polkovnikinin sifarişi ilə biznesmenin sarayının yandırılması anı - FOTO+VİDEO
Tanınmış hüquqşünas iş adamının həbsinə səbəb olan nadiir videonu yaydı.
Xeberinfo.com: Vəkil Adəm Məmmədov paylaşdığı videoya şərh verib ki, görüntülərdə Bakıxanov qəsəbəsində yerləşən “Şəhriyar” Şadlıq Sarayını yandırması cinayətini əks etdirən nadir videogörüntüdür. yanğını həyata keçirən şəxs isə hələlik adını açıqlamadığı Bakı şəhər Baş Polis İdarəsinin yüksək vəzifəli polkovnikinin sifarişi ilə həyata keçirən Qoçəli adlı şəxsdir.
A.Məmmədovun videoya aydınlıq gətirərək vurğulayır ki, görüntüdəki sarayı yandıran şəxsin belində tapança var. Yanğın hadisəsindən bir müddət sonra sarayın sahibi olan iş adamı Nəriman Əliyev cinayətin videoya çəkildiyini Bakı Şəhər Baş Polis İdarəsində bu cinayəti sifariş edən vəzifəli şəxsə çatdırır və ondan əl çəkməsələr əlində olan videonu ictimailəşdirəcəyini bildirir. Bundan bir müddət sonra isə N.Əliyevi birdəfəlik susdurmaq üçün həbs eirlər. Ona qarşı Cinayət Məcəlləsinin 228.1-ci (“Qanunsuz olaraq silah saxlama”) və 234.4.3-cü (“Narkotik maddə satma”) maddələri ilə cinayət işi açılır. Hazırda Nəriman Əliyev saxta ittihamlarla həbsdə saxlanılır.
”Gülməlisi də odur ki, hüquqlarını müdafiə etdiyim həmin Nəriman Əliyev 13-cü bölməyə polisin dəvəti ilə özü getmişdi, və guya ki, üstündə də tapança və 3,270 qram narkotika ilə?!? Görün ki, nə dərəcədə primitiv üsullarla işləyirlər. Verilən ittihama görə də (maddə 234.4.3.) güya ki, həmin narkotikanı satmaq məqsədilə üstündə gəzdirirmiş və hesablayanda da görmək olar ki, belə bir böyük biznes sahibinə bu “alverdən” təxminən 20 manat qazanc qalacaqmış. Qeyd edək ki, hüquqlarını müdafiə etdiyim Nəriman Əliyev Şəhriyar sarayından savayı Füzuli rayonunda “Qarabağ” otelinin, “Qarabağ broyler” MMC kimi nəhəng biznes şəbəkəsinin sahibidir. Cənab prezident İlham Əliyev özü də onun obyektlərinin açılışında vaxtilə şəxsən iştirak etmişdi. Bundan əlavə Nəriman Əliyev 1-ci Qarabağ savaşı veteranıdır, sonuncu aprel döyüşlərində isə döyüş gedən bütün bölgələrə dərhal ümumilikdə 45 min manatdan artıq dəyəri olan paltar və ərzaq alıb yollamışdı. Görünür, iş adamlarını şərləyərək həbs etdirmək, var-dövlətlərini, obyektlərini ələ keçirmək əməli ilə tək MTN məşğul olmurmuş. Bunun bir qolu da başqa orqanlara gedib çıxırmış…”-deyə vəkil əlavə edib.
Vəkil iddia edir ki, bu işdə də hər şey Bakı şəhər Baş Polis İdarəsinin bəzi yüksək ranqlı şəxslərinin Nəriman Əliyevin biznesini ələ keçirmək məramından sonra başlayıb. Nəriman Əliyev bundan imtina etdikdən sonra obyektləri bu cür yandırıldı, cinayətin izi itirildi və nəhayətdə, özü həbs etdirildi. Ölkənin daha bir böyük biznes şəbəkəsi bu cür çökdürüldü….(Azadliq.info)