Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dəhşətli avtobus qəzası:21 nəfər yaralanıb (FOTOLAR)

 

Bu gün Bkının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

Xeberinfo.com:    Prospektin “aeroport yolu” kimi adlanan hissəsində metronun Koroğlu stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin “Daewoo” markalı avtobusu ilə "Shacman" markalı yük maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə “VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.

İlkin məlumata görə, qəzada 21 nəfər yaralanıb, ölən yoxdur. Yaralılar Sabunçu xəstəxanasına aparılıb.  
Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından Lent.az-a bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.

Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam