Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Göygöl rayonunda avtobus "KamAZ"-a çırpılıb -40 yaralı

 

Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

   "Xeberinfo.com" Kəpəz TV-yə istinadən xəbər verir ki, Bakıdan Gürcüstana hərəkət edən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük maşınına arxadan çırpılıb.
Zərbənin təsirindən sərnişin avtobusu alışıb. Nəticədə avtobusda olan 40-a yaxın sərnişin ağır xəsarətlər alıb. İlkin məlumatlara görə, xəsarət alanlar arasında ölənlər olduğu bildirilir.
    Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onlardan 3 nəfər vəziyyətinin ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
***
Yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Gəncə şəhər Təxili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yol qəzası ilə bağlı xəstəxanaya 7 yaralı yerləşdirilib. Xəsarət alanlar bunlardır:
Şəmsiyeva Dilavər Məhəmməd qızı (1968-ci il təvəllüdlü);
Osmanov Vasif Əli oğlu (1985)
Alıyeva gülşən Dursun qızı (1963)
Süleymanova Həmayıl Cahangir qızı (1968)
Hacıyeva Nabat Qurban qızı (1955)
Ayvazova Hürü Mustafa qızı (1953)
Mamedov Bəhruz İlham oğlu (1993).
Xəstəxanadan Trend-ə bildirilib ki, yaralılar əsasən yanıq xəsarətləri və müxtəlif travmalarla daxil olublar.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam