Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Baş gizir mayoru güllələdi

3f1207d83c7c01b6af773071fc37491c

 

Rusiya Federasiyası Komi Respublikasında qadın koloniyasında işləyən azərbaycanlı baş gizir həmyerlisi olan mayoru güllələyib.

 

Xeberinfo.com:  Məlumata görə, hadisə bu gün səhər saatlarında Mikun şəhərindəki 31 nömrəli koloniyada baş verib. Baş gizir Şahin Əliyev qarovul zamanı qəfildən avtomat götürərək avtomobildə əyləşmiş mayor Xalid Həsənova atəş açıb.
Başından güllə yarası alan mayor hadisə yerində ölüb. Daha sonra Ş. Əliyev intihar məqsədilə iki dəfə özünə atəş açıb, lakin güllələr körpücük sümüyünə və qarnına dəyib, silah əlindən düşüb.
İlkin versiyaya görə, Ş. Əliyev və X. Həsənov dost olublar. Onların münasibətləri Ş. Əliyev mənzil üçün birdəfəlik ödəniş aldıqdan sonra pisləşib. Həmkarlarının dediyinə görə, Ş. Əliyev ötən ilin noyabrında boşanıb və əldə etdiyi pullarla Azərbaycana qayıtmağı planlaşdırıb. X. Həsənov dostunu fikrindən daşındırmağa çalışıb, buna görə dəfələrlə aralarında dava olub və münasibətləri kəskin pisləşib.
Hazırda Ş. Əliyev ağır vəziyyətdə xəstəxanadadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam