Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məmur oğlunun 6 nəfəri güllələdiyi restorandan video

 

Qaradağ rayonunda restoranlardan birində atışma baş verib.
Xeberinfo.com:   Məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
 
Ədalət Həsənov restoranda dostları ilə ad gününü qeyd edirmiş. Onunla restorandakı digər müştəri arasında mübahisə düşüb. Mübahisə zamanı naməlum müştəri ov tüfəngi, yanındakı dostu isə tapança çıxarıblar və ətrafa atəş açmağa başlayıblar.
 
Silahlı insident nəticəsində Ədalət Həsənov, azyaşlı oğlu Orxan, eləcə də ad günü məclisində iştirak edən qonaqlardan Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev güllə yarası alıblar. Onlar hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
 
Yaralılara ilkin tibbi yardım göstərilib. Həkimlər onları həyatları üçün təhlükə olmadığını bildiriblər.
 
Əraziyə Qaradağ rayon prokurorluğu və rayon polis idarəsinin polis əməkdaşları gəliblər. Hadisə yerində müayinələr aparılıb.
 
6 nəfəri gülləyən şəxslər ərazidən uzaqlaşıblar. Onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı Musavat.com yayıb. Hüquq-mühafizə orqanlarından sayta verilən məlumata görə, hadisəni törədənlərdən biri nazirliklərdən birinin şöbə müdiridir. 
Məlumata görə, silahlı insidentin əsas iştirakçısının kimliyi müəyyənləşib. Bu, 1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Fəxrəddin oğludur. Hazırda onun qardaşının polisdə ifadəsi alınır.
 
Məhərrəm  Əliyev və hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam