Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əməkdar artist vəfat etdi

 

    

  Əməkdar artist Məhəbbət Kazımov  evində dünyasını dəyişib. 

 

"xeberinfo.com": Mərhumun həmkarı Baloğlan Əşrəfov bildirib ki, əməkdar artist bu gün səhər saat 11.00 radələrində vəfat edib.
 
    Xanəndənin səhər saatlarında ağrıları başlayıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdan (BŞTTTYS) bildirilib ki, təcili yardım həkimləri evə çatanda, yəni, saat 11:03-də artıq o keçinib. Müğənni təzyiq və şəkər xəstəliyindən əziyyət çəkirmiş.
      Qeyd edək ki, 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olub. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub
   1976-cı ildən professional səhnədə çıxış edir. "Dan Ulduzu" ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və.s ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-cin ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.
  Məhəbbət Kazımov “Laçın” instirumental ansambılının rəhbəri olub. 1990-cı ildə ailə həyatı qurub, üç övlad atasıdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam