Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tanınmış rejissor vəfat etdi

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının rejissoru, respublikanın əməkdar incəsənət xadimi Baba Rzayev bu gün səhər saatlarında 72 yaşında vəfat edib. 

"Xeberinfo.com": APA-nın cənub bürosunun məlumatına görə, mərhumla vidalaşma mərasimi günün ikinci yarısında teatrda keçiriləcək.

Qeyd edək ki, B. Rzayev 1942-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və A.B.Lunaçarski adına Moskva Dövlət Teatr İnstitutunu bitirib. 1974-cü ildən Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayan B.Rzayev sonra quruluşçu rejissor vəzifəsində çalışıb.

1983-cü ildə teatrın baş rejissoru vəzifəsinə təyin olunan B.Rzayev 80-dən çox tamaşaya səhnə həyatı verib. Onun quruluş verdiyi C. Məmmədquluzadənin “Ölülər” və Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşaları Azərbaycan Dövlət Televiziyasının qızıl fonduna daxil edilib.

B. Rzayev dramaturq kimi də qələmini sınayıb. Onun yazdığı “Ağlayaq, yoxsa gülək?”, “Şeyx Zahid Gilani”, “Qəhrəmanlıq xronikası”, “Məhəbbət və ölüm” əsərləri teatrda müvəffəqiyyətlə tamaşaya qoyulub. B. Rzayev həmçinin C.Məmmədquluzadənin “Acı xatirələr”, Ə.Nesinin “İntihar”, M.C.Paşayevin “Yolumuz hayanadır?”, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” əsərlərinin səhnə variantının müəllifi olub. Teatr və mədəniyyət məsələlərindən bəhs edən beş kitabı çapdan çıxıb.

1989-cu il mayın 17-də teatr sahəsində qazandığı nailiyyətlərə görə, əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

B. Rzayev son iki ildə teatrda aparıcı səhnə ustası kimi çalışmaqla yanaşı, “Ümid” teatr studiyasının pedaqoqu kimi fəaliyyət göstərib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam