Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Gəncədə qətl: Həsənov 30 manata görə öldürülüb

 

Gəncə şəhər sakini 1986-cı il təvəllüldü Vasif Həsənovun qətlə yetirilməsinin bəzi detalları məlum olub.

Yenixeber.org xəbər verir ki, 38 yaşlı Vasif Həsənovun 28 yaşlı Yaqub Həsənov tərəfindən öldürülməsinə səbəb aralarındakı borc məsələsi olub.

İlkin məlumata görə, Yaqub Həsənovun Gəncədə xeyir-şər çadırı verməklə məşğul olan mərhuma 230 manat məbləğində borcu olub. Borcdan 200 manat ödənilsə də, 30 manat qalıb. Tərəflər arasında mübahisə də buna görə baş verib. Mübahisə zamanı Yaqub Həsənov əlində olan kəsici alətlə Vasif Həsənova zərbələr endirib. Sonuncu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaqub Həsənov isə keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib.

Artıq faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam