Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

İtkin düşən yeniyetmələr dağlıq ərazidən tapıldı -Video

 

Ötən gecə Mingəçevir şəhəri yaxınlığında Bozdağ silsiləsi ərazisində iki yeniyetmənin itkin düşməsi barədə məlumat daxil olub.

Bu barədə Yenixeber.org-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Aparılmış axtarış əməliyyatı nəticəsində yeniyetmələr dağlıq ərazidə köməksiz vəziyyətdə aşkar olunublar.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə 2007-ci il təvəllüdlü N.Tağıyev və 2009-cu il təvəllüdlü A.Yusiflini dərədən qaldıraraq xilas ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam