Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Lənkəranda 88 ağacın kəsilməsinə görə cinayət işi açıldı

Lənkəran rayonunun Ürgə kəndi ərazisində yerləşən “Shibagro” MMC-yə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən su kanallarının mühafizə zolağında ağacların kəsilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb. 

Yenixeber.org: Lənkəran rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla MMC-nin direktoru Xətai Babayevin göstərişi əsasında qeyd olunan ərazidə 88 ədəd müxtəlifcinsli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 18 min 880 manat ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam