Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Qohumunun həyətində narkotik yetişdirən şəxs SAXLANILDI-FOTOLAR

 Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a  verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Minbaşı kənd sakini Xeyrəddin Fərəcov saxlanılıb. O, ilkin dindirilmə zamanı qeyd edilən cinayət əməli ilə məşğul olduğunu və heç kimin şübhələnməməsi üçün çətənə bitkilərini rayonun Qarağac kəndində yerləşən əmisi oğluna məxsus fərdi yaşayış evinin həyətində əkdiyini etiraf edib.

Polis əməkdaşları tərəfindən qeyd edilən ünvana keçirilən baxış zamanı həyətyanı sahədən, eləcə həyətdə olan yarımtikilidən hündürlüyü 3 metrə qədər, yaş çəkisi isə 91 kiloqramdan artıq olan 249 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam