Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rəşad Dağlı ilə bağlı YENİ XƏBƏR -“Qızıl amnistiya”ya düşə bilər?

 

Ötən il meyxana aləminin ən məşhur simalarından olan Rəşad Dağlının həbs edilməsi pərəstişkarları və meyxanasevərlər arasında dərin kədərlə qarşılandı.

Yenixeber.org: Şəxsi münasibət zəmnində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq qətlə yetirdiyi üçün həbs edilən məşhur meyxanaçının səhhəti və cinayət işinin prosseduru ilə bağlı xəbərlər insanlar arasında yetərincə maraq doğurur.

Rəşad Dağlının qohumu, jurnalist Könül Aypara onun səhhətinin normal olduğunu bildirib.

“Hazırda Rəşadın səhhəti normaldı. Düzdü, azadlıqdan məhrum edilən hər bir məhkum kimi onun da vəziyyəti az-çox hər kəsə məlumdur. Amma çox şükür, səhhətində ciddi problem və ya xəstəlik yoxdur. İstintaq prossesinin gedişinə gəlincə isə, bu tam qapalı aparılır və bizim də məlumatımız yoxdur. Əlbəttə ki, bütün cinayət törətmiş şəxslər kimi, Rəşad da bunun cəzasını çəkəcək. İlkin olaraq 4 ay həbs qəti imkan tədbiri seçilmişdi, artıq onun 2 ayı geridə qalıb. Konkret nəsə demək üçün 2 ay sonranı gözləməliyik.”

Mövzu ilə bağlı hüquqşünas Cavanşir Seyidov bildirib ki, hazırki vəziyyətdə istintaq prosesinin daha da uzancağını düşünür.

“Bir hüquqşünas kimi deyə bilərəm ki, Rəşad Dağlı cinayətinin istintaq prosesi uzana bilər. Baş verən hadisə ağır cinayət olduğu üçün istintaq prossesi 4 aydan daha uzun müddət davam edə bilər, yəni proses uzana bilər.”

Hüquqşünas həmçinin meyxanaçının may ayında baş tutacaq “qızıl amnistiya”ya düşmə ehtimalı ilə bağlı isə bunun real olmadığını deyib.

“Rəşad Dağlının amnistiyaya düşməsi üçün ilk öncə istintaq prossesi yekunlaşmalı və məhkəmənin yekun qərarı olmalıdır. Lakin Rəşad bəyin prossesində bu real görünmür, yəqin ki, istintaq müddəti uzanacaq. Onun may ayında baş tutacaq amnistiyaya düşməsini ehtimal etmirəm”.(Referans.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam