Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Ramazanda kosmetika xərclərini azaldın"

 

Dünyada qadınlar yalnız üz kremlərinə il ərzində 25 milyard dollardan çox vəsait xərcləyirlər. Halbuki dünyada gündəlik gəliri 1.25 dollardan az olan 1 milyard insan kəskin yoxsulluq həddində yaşayır.
"Xeberinfo.com":  İqtisadçı alim Vüqar Bayramov Ramazan ayı kosmetikaya çəkilən xərclərin azaldılması təklif edib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə V.Bayramov özü məlumat yayıb.
İqtisadçı bildirib ki, ABŞ-da il ərzində qadınlar 27,6, kişilər isə 11,1 milyard dollar vəsaiti kosmetik məhsulların alınmasına sərf edir.
Fransada qadınlar 10,2, kişilər 4.2, Yaponiyada qadınlar 19,8, kişilər 5,9 milyard dollarlıq kosmetika alır. Almaniyada qadınların kosmetikaya xərçlədiyi vəsait 9,3, kişilərinki isə 3.9 milyard dolları ötür.
V.Bayramov onu da qeyd edib ki, hazırda dünyada gündəlik gəliri 1.25 dollardan az olan 1 milyard insan kəski yoxsulluq həddində yaşayır.
783 milyon insan isə hətta içməli su tapa bilmir: “İnkişaf etmiş ölkələrdə bir xanım həyatı boyunca sadəcə kosmetik məhsulların alınması üçün 30 min dollardan çox pul xərclədiyi halda, Afrikanın və Asiyanın bəzi ölkələrində uşaqlar qida çatışmazlığından dünyalarını dəyişirlər.
Qiymətləndirmələr göstərir ki, qənaət yolu ilə kosmetikaya xərclənən vəsaiti 2 dəfə azaltmaqla dünyada yoxsulluq səviyyəsində yaşayan insanların sayını ən azı 30 fazi azaltmaq mümkündür. Deməli, dünyada bir tərəfdə 100 milyardlarla vəsaiti kosmetikaya xərcləyən imkanlı şəxslər, başqa tərəfdə isə gündəlik adi su və çörək tapa bilməyən və sayı milyarddan az olmayan insanlar var.
Ramazan ayı məhz dünyadakı bu qeyri-bərabərliyi hiss etməyə, kasıbların yanında olmağa təşviq edir. Təkcə kosmetik vasitələrə xərclənən vəsaitə qənaət etməklə yoxsulluq səviyyəsində yaşayan ailələrə yardım etmək mümkündür”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam