Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Piylənməyə qarşı dünyada bu qədər vəsait xərclənəcək

Piylənməyə qarşı dünyada bu qədər vəsait xərclənəcək

 

Qarşıdakı 8 ildə ABŞ piylənmə ilə mübarizəyə 4,2 trilyon dollar xərcləməyi hədəfləyir

 

Yenixeber.org: Bu barədə “The Guardian”  Piylənmə ilə Mübarizə üzrə  Beynəlxalq Federasiyanın (World Obesity Federation, WOF) hesabatlarına istinadən məlumat yayıb.  

Qeyd olunur ki, 2025-ci ildə dünyada 2,7 milyard nəfərə yaxın yetkin insan artıq çəkiyə sahib olacaq. 177 milyon nəfər isə həddən artıq piylənmədən əziyyət çəkəcək. 

Əgər artıq çəki ilə mübarizə aparılmazsa, 2025-ci ildə ölkələr piylənmə xəstəliyinə illik 1,2 trilyon dollar sərf edəcəklər. 

Onu da bildirək ki, piylənmə ABŞ əhalisi arasında daha çox rast gəlinən xəstəlikdir. Bu ölkədə piylənmənin müalicəsinə illik 325 milyard dollar sərf edilir. WOF-un proqnozuna əsasən, 2025-ci ildə həmin rəqəm 555 milyard dollara yüksələcək. 

Nəzərə çatdıraq ki, Çində piylənmənin müalicəsinə illik 80 milyard dollar sərf olunur. Rusiya və Almaniyanın bu yöndə xərcləri 40-50 milyard dollar təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam