Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AFFA "Neftçi"yə xəbərdarlıq edib

 

AFFA "Neftçi"yə xəbərdarlıq edib
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Yenixeber.org: İclasda "Neftçi" - "Zirə" oyunu ilə bağlı qərarlar qəbul olunub. Premyer Liqanın XXIII turunun “Neftçi” - “Zirə” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 

Oyunun 90-cı dəqiqəsində “Zirə” klubunun 38 №-li futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Zirə” klubunun 1 №-li futbolçusu Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub. 

Matçının ikinci hissəsi “Neftçi” klubunun səhlənkarlığı ucbatından 6 dəqiqə gec başladığı üçün klub 2400 manat cərimə olunub. Matç başa çatdıqdan sonra “Neftçi” klubunun mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbərdarlıq olunub. Bu hal təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam