Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Azərbaycan Avropada bəzi ölkələrdən daha liberaldır”

 

“Avropa öz dəyərlərini həqiqətən müdafiə etmək istəyirsə, Azərbaycanla daha yaxından tərəfdaşlıq etməlidir”.
"Xeberinfo.com":  APA-nın məlumatına görə, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Bakı III Qlobal Forumunda “Avropa İttifaqı və qonşuluq siyasəti” mövzusunda paneldəki çıxışında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının tərəfdaşlıq proqramı daha çox bu qurumun 2008-ci ildə Gürcüstanda baş verənlərə reaksiyasıdır: “Çox adam bu müharibəni lokal müharibə hesab edirdi. Lakin daha çox strateji düşüncələrə sahib şəxslər anlayır ki, dünya nizamı dəyişib və onlar tərəfdaşlığın yaranmasının vacibliyini qeyd edib. Ölkələr bu tərəfdaşlıq sahəsində çox fərqlidir. Amma ümumi məqamlar da var. Azərbaycanda olan son dəyişikliklər mənə çox gözəl təsir bağışlayır. Bəzi tərəflər Azərbaycanda insan hüquqlarının pozulduğunu iddia edir. Bunlar ikiüzlü yanaşmadır. Reallıq isə budur ki, alternativ enerji üçün real mənbə Azərbaycan qazıdır. Azərbaycan vasitəsi ilə Türkmənistan qazıdır”.
Eks-prezident ölkəsi ilə Ukrayna arasında oxşar məsələlər olduğunu qeyd edib. Onun sözlərinə görə, bunlardan biri Rusiya fenomenidir: “Digər məsələ korrupsiyadır. Bu məsələ ilə hər yerdə mübarizə aparmalıyıq. Korrupsiya əsas düşməndir. Ukraynada bəzi insanlar qəbul etmirlər ki, dövlət qurumları yarana və bütün vətəndaşları müdafiə edə bilər”.
M. Saakaşvili bildirib ki, Azərbaycan dəqiq yolunu seçib: “Azərbaycan Avropada bəzi ölkələrdən daha liberaldır. Bu ölkə sürətlə modernləşmə yolunu seçib. Avropa cəmiyyəti də bunu bilməlidir, anlamalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam