Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

RAFIQ ƏLIYEVIN ADI MILYONLUQ BORC QALMAQALINDA

 

Keçmiş nazir Fərhad Əliyevin qardaşı, “Azpetrol”da pay sahibi olmuş Rafiq Əliyevin adı daha bir qalmaqalda hallanır.

"Xeberinfo.com":  Məlumata görə, onun 2014-cu ilin iyul ayından bəri idarə etdiyi şirkətin 2011-ci ildən “Danube Logistics BV” holdinqini “EASEUR BV” holdinqindən almağa çalışdığı bildirilir. Rafiq Əliyevin şirkəti bunda Moldova məhkəmələrinin qərarına əsaslanır. Bununla bağlı Hollandiyanin “Danube BV” logistika şirkəti “EASEUR BV” holdinqinə və onun dəstəkçisi “BEMOL”un benzin stansiyası şəbəkəsinin operatoru “BEMOL Retail SRL”-ə qarşı hüquqi prosedur başladıb.

2011-ci ildə borca düşən “EASEUR BV” holdinqi özünün əsas kreditoru olan “Credit Suisse” və onun tabeliyində olan kreditoru, eyni zamanda da Rafiq Əliyevin şirkəti olan “New Ventures Capital NV”lə borcların ödənməsinə dair saziş bağlayıb. 

Sazişə əsasən “Credit Suisse” “EASEUR BV” holdinqini və “BEMOL Retail SRL”-i özünün əsas əhəmiyyətli öhdəlikləri siyahısına daxil edib. “EASEUR BV” holdinqinin Rafiq Əliyevə məxsus “New Ventures Capital NV” şirkətinə olan qaliq borcunu ödəməyə imkan verib. 

Saziş “New Ventures Capital NV”, eləcə də Avropa Yenidənqurma və İnkişaf Banki ilə razılaşdırılıb. Eyni zamanda əməliyyat Moldova Qeydiyyat Palatasından 3 il ərzində etirazla qarşılanmayıb. Ancaq daha sonra holdinq məsələni hüquqi müstəviyə daşıyıb. 

“Danube Logistics SRL” holland şirkəti olan “Danube Logistics BV” holdinqinin tam mülkiyyətində olan şirkətdir (İnterpress.az).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam