Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Bank of Baku”nun sahibi kimdi?

 

 

   Dünən MTN-nin “Bank of Baku”da əməliyyat həyata keçirməsi ilə bağlı xəbərlər yayılsa da, daha sonra Bank informasiyanın doğru olmadığını açıqlamışdı. 

"xeberinfo.com": Lakin günün sonunda məlum oldu ki, MTN “Bank of Baku”da həqiqətən əməliyyat keçirib və bankın rəhbərliyinin həbsi ilə bağlı yayılan xəbər də doğrudur.
 Bu barədə hələ ki, rəsmi açıqlama olmasa da, yaxın günlərdə rəsmi mənbələrin “Bank of Baku”da baş verənlərlə bağlı ictimaiyyətə geniş məlumat verəcəyi də gözlənilir.
 Bu arada dünəndən mətbuatda həmçinin “Bank of Baku”nun kimə məxsus olması ilə bağlı yazılar dərc olunur. Qeyd olunur ki, Bank Rza Zərrabın bacısının əri Şahrama məxsusdur. 
"xeberinfo.com" “Qafqazinfo” ya istinadən  bankın İdarə Heyətinin sədrinin 2013-cü il aprelin 18-də təsdiq etdiyi maliyyə hesabatlarını təqdim edir: 
Məlum olur ki,  Bankın səhmdarları 40 faiz payla “NAB Holdinq” şirkəti, 28,89 faiz payla “Azpetrol” neft şirkəti, 11,22 faiz payla Rafiq Əliyev, 10 faiz payla Bankın Müşahidə Şurasınn sədri Elçin Isayev və 9, 89 faiz payla “AZİNVEST” MMC-yə məxsusdur.  Daha sonra həmin hesabatda qeyd olunur ki, «NAB Holding»ə Nader Mohaghegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaghegh tərəfindən nəzarət edilir. Azpertol şirkətinin son səhmdarı isə Məmmədov İbrahim göstərilib.
Qeyd edək ki, "Azinvest" MMC-nin rəhbəri də sabiq nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyevdir.
Bankın 40 faiz payla səhmdarı olan NAB Holdinqin isə adı tez-tez mətbuatda iranlı iş adamı və ötən həftə azadlığa çıxan Rza Zərabla hallanır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam