Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mərkəzi Bankın yenidən devalvasiyaya gedəcəyi gözlənilir

 

Mart ayının sonunda dolların manata nisbətində növbəti bahalaşma olacaq.
"Xeberinfo.com":  Bu barədə məlumatı “Azadlıq”a bank sektorunda çalışan mənbə verib. Mənbənin sözlərinə görə, mart ayı milli valyutanın kursunu saxlamaq üçün çətin aylardan biridir:
“Mərkəzi Bankın manatın kursunu tənzimləməkdə əsasən yanvar, mart və sentyabr aylarında çətinliklə üzləşir. Çünki bu aylarda alış-verişin daha çox edildiyi aylardır. Xüsusilə mart bayramlar ayı olduğundan bu ayda alış-veriş digər aylara nisbətən dəfələrlə artıq olur. Nəzərə alsaq ki, Azərbaycanda demək olar ki, bütün məhsullar xaricdən idxal olunur, o zaman alış-verişdən əldə olunan milyonlarla manat vəsaitin dollara dəyişdirilməsi zərurəti yaranır. Dollara tələbatın artması isə təbii olaraq ABŞ valyutasının kursunun qalxmasını şərtləndirir. Mərkəzi Bank vəziyyətdən çıxmaq üçün ya ehtiyatları xərcləməli, ya da devalvasiyaya getməlidir”.
Mənbə bildirir ki, Mərkəzi Bankın ehtiyatları xərcləməsi az ehtimal olunur. “Heç şübhəsiz devalvasiyaya gediləcək. Bu fevral ayında olduğu kimi 34 faiz olmaya bilər. Amma hiss olunmayacaq qədər az da olmayacaq. Hər halda dolların qiymətində ciddi bahalaşmanın şahidi olacağıq”,- deyə mənbə bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam