Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

DSX-nin üç zabiti döyülüb(?)!-SƏBƏB

 Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusu döyülüb. Bu haqda yenixeber.org-a DSX-nin sabiq leytenantı Fərid Əzizli məlumat verib: 
"Avqust ayının 6 da gecə vaxtı Ağstafa rayonunun "Böyük kəsik" kəndində Dövlət Sərhəd Xidmətinin bir qurub hərbi qulluqçusu öz əməkdaşlarının ad günü məclisindən qayıdarkən kənd sakinləri ilə sərhədçilər arasında dava düşüb. Sərhədçilər öz yaşadıqları hərbi şəhərcikdə kənd sakinləri tərəfindən döyülüblər. Əldə etdiyim məlumata əsasən, sərhədçilər ad günü məclisindən qayıdarkən yolda 1 nəfər Ağstafa rayonu, Böyükkəsik kənd sakini ilə aralarında mübahisə düşüb. Hadisənin sərhədçilərin qeyri-etik davranışları zəmnində baş verildiyi deyilir.
Döyülən hərbi qulluqçular vəzifəli şəxslərdir:
-DSX-in Ağstafa rayonunda yerləşən "Böyükkəsik" sərhəd nəzarət məntəqəsinin rəisi polkivnik-leytenant Aftandil Məmmədov
-DSX-in "Böyükkəsik" SNM-in Dəmir yoluna nəzarət bölməsinin rəisi kapitan Əliyev Əsəd
-DSX-in "Sadıxlı" SNM-in piyada keçidinin bölmə rəisi kapitan İsmayılov Əli
Faktla bağlı prokrorluqda araşdırma aparılır".
Redaksiyadan: DSX-dən xəbəri əsassız adlandırsalar da, təkzibedici məlumat vermədilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam