Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sərt karantin var, amma yardım hələ ki, yoxdur…

 Karantin rejimi qismən yumşaldıldı, SMS icazəsi yığışdırıldı, çimərlik mövsümi açıq elan edildi. Amma avqustun 31-dək həftə sonları məhdudiyyətlər davam edəcək, iri ticarət mərkəzləri, geyim mağazaları, kafe-restoranlar bağlı olacaq. Kütləvi toplaşmaq, toy və yas mərasimlərinin təşkili də qadağandır. 

Yenixeber.org: Məhdudiyyətlərə görə hökumət qurumları nə vətəndaşlar, nə də sahibkarlar qarşısında heç bir öhdəlik götürmədi. Xərclər yenə də ailə başçılarının, işəgötürənlərin, sahibkarların üzərində qaldı. İyul ayında olduğu kimi, avqustda da 190 manat birdəfəlik yardımın veriləcəyi elan olunmayıb. Operativ Qərargahın brifinqində bildirilib ki, əhaliyə dəstəklə bağlı tədbirlər elan olunacaq, amma bu yardımların nədən ibarət olacağı barədə hələlik aydın bir izahat verilməyib. Yalnız maliyyə naziri Samir Şərifov onu deyib ki, yeni iqtisadi paket hazırlanır. Əvvəlki iqtisadi paketlərin, yardımların davam etdirilməsi nəzərdə tutulur. Nazir təfərrüatlarla bağlı əlavə açıqlamalar veriləcəyini qeyd edib:

“Ola bilsin ki, pandemiya ilə əlaqədar əvvəlki iqtisadi paketdə nəzərdə tutulan dəstəyə müəyyən dəyişikliklər edilsin. Dəstəkdən istifadə ilə bağlı mütəmadi açıqlamalar verilib. Bunlar nəzərə alınaraq, işlər bu tərzdə davam etdiriləcək. Ola bilsin ki, bilavasitə zərər çəkmiş sahələrə yenidən baxılacaq. Bəlkə bu sahələr daha da genişləndirildi. Bunun üzərində aktiv iş gedir”.

İqtisadçı Qubad İbadoğlu güman edir ki, avqustun 5-dən SMS icazəsi yığışdırılandan sonra əhali yenə də küçələrə çıxacaq, iş axtaracaq, dolanışıq dalınca ora-bura qaçacaq, həm özü yoluxacaq, həm də başqalarını yoluxduracaq, sonra yenidən xəstəxanalara düşmək sovet dövründə ali məktəblərə girmək qədər çətinləşəcək. Ekspert hesab edir ki, nəticədə xəstələrin sayının çoxalması səhiyyə xərclərini artıracaq:

“Bu səbəbdən, 2020-ci ilin büdcəsinə təklif edilən düzəlişlərdən biri də səhiyyə xərclərinin 369 milyon manat artırılmasıdır. Diqqət edin, 600 min nəfərə 190 manat birdəfəlik yardım üçün 114 milyon manat vəsait tələb olunur. Karantin rejimi sərtləşdirilmiş şəhər və rayonlarda isə 287 min nəfər üçün 55 milyon manat ödəniş edilib. Əgər həmin ödənişi iyul və avqust ayları üzrə də davam etdirsələr, büdcədən 110 milyon manat xərclənər. Bu halda əhali də evdə oturub, kasıblığını edər, həm özünü, həm də ailəsini virusdan qoruyardı. Amma 110 milyon manata qıymayan hökümət əhalini virusa yoluxmağa məcbur edir və onları sağaltmaq üçün də 369 milyon manat ayırır. Belə olanda həm canımız gedir, həm də pulumuz. Bütün bunlara görə həkimlərimiz də virusa yoluxur və həyatlarını itirirlər. Bir həkimin yetişməsi üçün dövlətin nə qədər vəsait xərclədiyini hesablasaq, itkilərimiz daha böyük məbləğlərlə ifadə olunar”.

Həkim Aydın Əliyev isə uzadılan karantin rejiminin bir sıra mənfi hallara gətirib çıxaracağını düşünür. Bununla yanaşı, mütəxəssis infeksiyanın yayılmaması üçün önləyici tədbirlər, habelə hökumət qurumlarının üzərinə düşən öhdəliklərlə bağlı da fikirlərini açıqlayıb:

  • Regionlara sərbəst gediş-gəlişə icazə verilməməsi çimərliklərdə sıxlıq yaradıb, yoluxma hallarını artıra bilər;
  • Gəncədən İstanbula uçmaq istəyən şəxs Bakıya gəlməlidir, “xüsusi” müəyyən edilmiş klinikalarda test analizi verməlidir, 2 gün analizin cavabını gözləməlidir, sonra cavabı götürüb, Gəncəyə aparmalıdır. Gəncədə bu analizin verilməsini təmin etmək olmazmı?
  • Çimərliklərə buraxılışı dövlət hesabına aparmaqla və 1 həftə ərzində qüvvədə olan test-neqativ arayışlarla etmək yoluxma sayına daha ciddi nəzarət etməyə yardımçı olar;
  • Rayonlara və Bakıya gediş-gəlişi də dövlət hesabına aparılan və 3 gün ərzində qüvvədə olan test-neqativ arayışları təqdim etməklə təmin etmək olar;
  • Çimərliklərdə işləyən insanların dövlət hesabına test analizlərinin aparılması yoluxma hallarının azalmasına kömək edə bilər;
  • Koronaviruslu xəstələrin müalicəsində iştirak edərək, yoluxub həyatını itirən tibb işçilərinin ailələrinə onların yaşından, ailə tərkibindən asılı olaraq ən azı 10000 – 50000 manat kompensasiya verilməsi yaxşı olardı;
  • Yoluxmuş tibb işçilərinə verilən artım məvacibin kəsilməsi yanlışdır. Yoluxmuş tibb işçisi həm artım maaş, həm də əlavə bülleten pulu alsa, daha yaxşı olar;
  • COVİD-19 xəstəliyindən dünyasını dəyişmiş şəxslərin ölüm səbəbinin dəqiq müəyyən edilməsi üçün çox ciddi patoloji anatomik müayinələrin aparılması və bu müayinələrin nəticələrinin ciddi təhlili-interpretasiyasının aparılması ölüm hallarının azalmasına kömək edə bilər;
  • Xaricdən dəvət edilmiş həkimlərə veriləcək pulun miqdarı ictimaiyyətə açıqlanmalıdır;
  • Rayonlara və əksinə, Bakıya gediş-gəliş qaydalarında çox boşluqlar var və bu boşluqlar yoluxma sayının artmasına, rüşvətxorluq hallarına səbəb ola bilər;
  • Çimərliklərdə bir-birindən ən azı 2 metr məsafədə yerləşən ayrı-ayrı bir nəfərlik sanitar qovşaqların və duş kabinlərinin quraşdırılması yoluxma hallarını azalda bilər;
  • Karantin qaydalarının yumşaldılması ictimai nəqliyyatda sıxlığı mütləq artıracaq. Bununla bağlı ciddi tədbirlər görülməlidir, xüsusilə də ictimai nəqliyyat vasitələrinin sayının artırılması zəruridir;
  • Əks-epidemik qaydalara əməl etmək şərti ilə açıq məkanlarda yerləşən kafe-restoranların fəaliyyətinin bərpa edilməsi yaxşı olar.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam