Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Bu Avropa ölkələri karantin qaydalarını yumşaldır-SİYAHI

 

 Yenixeber.org: Avropa ölkələri boyu karantin şərtləri yumşaldılır, amma bu addımın infieksiyanın ikinci dalğasına səbəb olmayacağı ümid edilir.

Fransada ibtidai siniflər bu gündən etibarən az sayda şagirdlərlə işə başlayır. Bazar ertəsindən Fransada geyim mağazaları, kitab dükanları, bərbərxanalar və gözəllik salonları, gül dükanları açılacaq. Restoranlarda, kinoteatrlarda və barlarda isə qadağalar hələ də qalmaqdadır.

Belçikada əksər biznes sahələri sosial məsafənin qorunması ilə Bazar ertəsindən açıq olacaq. Resoranlar, kafelər və barlar hələki bağlı qalır.

Hollandiyada bu gündən etibarən ibtidai siniflər hissə-hissə yenidən açılacaq. Bu gündən etibarən kitabxanalar, psixoterapiya yerləri, sürücülük məktəbləri və bərbərxanalar da fəaliyyət göstərəcəklər.

İsveçirədə ibtidai və orta məktəblər yenidən açılacaq, amma siniflərin ölçüləri kiçildiləcək. Restoranlar, kitab dükanları və muzeylər də müəyyən məhdudiyyətlər ətbiq edilməklə işləyəcəklər.

İspaniyanın bəzi bölgələrində insanların on nəfərə kimi bir yerə yığışmasına icazə veriləcək. Bir hissəsi açıq havada olan resoranlar da sosial məsafəni gözləməklə yenidən açıla biləcək.

Britaniyada İngiltərə bəzi karantin qaydalarını bu həftədən yumşaldacaq, amma Birləşmiş Krallığın digər hissəsində karantin qaydaları əvvəlki sərtliyində qalacaq.

Danimarkada ticarət mərkəzləri Bazar ertəsindən etibarən yenidən açılacaq.

Polşada bu həftədən otellər yenidən açıla bilər, amma xarici turistlər hələ də iki həftə müddətində karantində qalmalıdırlar.

AlmaniyaAvstrya və İtaliya kimi digər Avropa ölkələri karantin qaydalarının yumşaldılmasına artıq başlayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam