Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu şəxslərin bölgələrdən Bakıya necə gələ biləcəyi açıqlandı - RƏSMİ MƏLUMAT


Bu gündən Azərbaycanda xüsusi karantin rejimində məhdudiyyətlərin bir qismi aradan götürülüb.

Yenixeber.org: Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda, respublikanın digər ərazilərində isə tam sayda bərpa olunub. Eyni zamanda xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin, bütün sahələr üzrə fərdi ticarət obyektlərinin, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlərin fəaliyyəti bərpa olunub.
Xüsusi karantin rejimində qeyd edilən fəaliyyət sahələrində çalışan şəxslərin bir qismi qeydiyyatda olduqları bölgələrə gediblər. Həmin şəxslərin Bakıya necə qayıda biləcəyi ilə bağlı APA-ya açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, həmin şəxslər əməkdaşı olduqları qurumun vəsiqəsi və işə çağırılması barədə iş yerindən arayışla rahat şəkildə Bakıya gələ bilərlər: “Rəhbərlik imza və möhürlü arayış verir ki, bu şəxs bizim əməkdaşdır və işə çağırılır. Dövlət qurumlarında yox, özəl işlərdə çalışanlar isə (bərbərxana, gözəllik salonu və s.) Bakıya işləməyə qayıtmalıdırsa, icaze.gov.az-da qeydiyyatdan keçməlidir. Həmin şəxslə bağlı da arayış verilə bilər ki, hansısa ünvanda gözəllik salonu, bərbərxana, fərdi tədris mərkəzi və s. yerdə çalışır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam