Türkiyəli alim, profssor Ərcümənt Ovalı apardığı araşdırmaların nəticsində koronavirusla mübarizədə çoxyaxşı təsir göstərən bir preparatın adını paylaşıb. Dornoz alfa adlanan bu preparat nədir?

Yenixeber.org: Son 18 ildə hüceyrə səviyyəsində müalicə vasitələri üzərində işləyən alim kritik problemlərlə bağlı tədqiqatları ilə tanınır və Acıbadəm Kozyatağı Sümük İliyi Nəqli Mərkəzində çalışır.

Dərman barədə başqa bir açıqlama verməyən alim sosial şəbəkə hesabından bu məlumatı paylaşıb:

“1 aydır üzərində çalışdığım bu dərmanın adını 23 apreldə açıqlayacaqdım. Lakin nəticələr gözlədiyimizdən də yaxşı oldu. O qədər gözəl təsir edir ki, minlərlə insanın həyatını qurtara bilər.Təcili şəkildə Dornoz alfa-nın klinik sınaqlarına başlamaq lazımdır.Təcrübədə iştirak edən qəhrəmanlarıma təşəkkür edirəm”.