Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“42 milyon dollarlıq silah alıb, heç nəyə yaramır, metallomdur...” -"Gəlib buna cavab versin!"

 

Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün elan edilmiş referendumun təbliğat kampaniyasını Gorusdan başlayıb.

Yenixeber.org: “Azadlıq” radiosunun erməni xidməti xəbər verir ki, Paşinyan burada keçmiş hakimiyyətin ünvanına ciddi ittiham səsləndirib, eks-prezident Serj Sərkisyanın orduya 42 milyon dollarlıq yararsız silah-sursat aldığını açıqlayıb.

Paşinyan bu faktı ilk dəfə açıqlayaraq deyib ki, bu faktla bağlı cinayət işi qaldırılıb və onun sözlərinə görə, keçmiş hakimiyyətin dövründə tez-tez ordu üçün yararsız sursatlar alınırdı.

“Serj Sərkisyanın hakimiyyəti 42 milyon dollara silah alıb, həmin silah ümumiyyətlə işləmir, o ümumiyyətlə heç nəyə yaramır, ancaq metallomdur. Bu adamlar 42 milyon dollar ödəyiblər. Bu silah heç nəyə yaramır, o heç silah da deyil, məlum deyil nədir...İndi cinayət işi qaldırılıb, qoy Serj Sərkisyan gəlib buna cavab versin”,-Paşinyan bildirib.

Lakin Ermənistan baş naziri həmin silahların nədən ibarət olduğunu və hansı ölkədən alındığını deməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam