Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Ermənistan Rusiyadan yeni silah krediti ala bilər-Nazirin bəyanatı

 

Cari 100 milyon dollarlıq sazişin həyata keçirilməsindən sonra Ermənistan Rusiyadan yeni silah krediti ala bilər.

 Yenixeber.org: Bunu RİA “Novosti”yə verdiyi açıqlamada Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

“Bu mümkündür. Konkret olaraq söhbətin hansı silahlardan getməsi barədə danışmaq tezdir”, - IDEX-2019 silah sərgisinin gedişində jurnalistin sualını cavablandırarkən Tonoyan əlavə edib.

Nazir deyib ki, Ermənistan 2019-cu ilin sonlarında – 2020-ci ilin əvvəllərində Rusiyadan dörd ədəd Su-30SM qırıcısı almaq niyyətindədir. “Ümumilikdə isə, 12 belə təyyarənin alışı arzu ediləndir”, - Tonoyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan müntəzəm olaraq Rusiyadan silah kreditləri alır. 100 milyon dollar ümumi məbləği olan son belə saziş Ermənistan parlamenti tərəfindən 2017-ci ilin sonlarında ratifikasiya edilib.

Daha öncə Yerevan Moskvadan 200 milyon dollar məbləğində silah krediti almışdı.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam