Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

AZƏRBAYCANDA KORONAVİRUSUN YAYILMASINA QARŞI ETİBARLI SƏDD YARADILIR –Ekspertlər nə tövsiyə edir?

 

“Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın”. 

Yenixeber.org: Bu fikirləri Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edərkən səsləndirib.

 

 

Preziden həmçinin bildirib ki, Azərbaycanda koronavirusun yayılmaması üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür: “Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır”.

Qeyd edək ki, koronavirus təhlükəsindən heç bir ölkə və heç bir insan sığortalanmasa da, Azərbaycan hökuməti epidemiyanın yayılmasının qarşısının alınması üçün əhəmiyyətli addımlar atıb, lazımı qərarları qəbul edib.

Belə ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında operativ qərargah hava limanlarında, sərhəd nəzarət-buraxılış məntəqələrində yoluxmuş şəxslərin müəyyənləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirir, xüsusi avadanlıqlardan istifadə olunmaqla ölkəyə daxil olanlara nəzarət aparılır.

Ölkədə xəstəxanalarda infeksion palatalar ayrılıb, karantin zonaları yaradılıb, İranla sərhəd boyunca isə xüsusi səyyar laboratoriyalar quraşdırılıb. Profilaktika tədbirləri çərçivəsində sanasiya tədbirləri görülən bütün təhsil müəssisələrində, uşaq bağçalarında dərslər dayandırılıb.

Dezinfeksiya həmçinin avtobus, metro stansiyaları, vağzal və dəmiryolunda da aparılır.

Qeyd etmək lazımdır ki, ÜST-ün məlumatlarına əsasən dezinfeksiya tədbirləri etibarlı nəticə verir, sərhəddə karantin nəzarəti isə koronavirusun yayılmasını minimuma endirməyə imkan verir.

 

 

Bundan əlavə məlumdur ki, artıq Azərbaycanda beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir. Bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb.

Eyni zamanda, koronavirus (COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilir. Qurulan bu laboratoriyalar stasionar, səyyar və mobil tiplidir. Bu laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, həmçinin koronavirusun təyini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib.

Bir sözlə, sırf texniki təchizat və qüvvələrin səfərbər olunması sarıdan dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirməkdədir. Qalır cəmiyyətin bu məsələyə daha adekvat və soyuqqanlı münasibət göstərməsi. Təəssüf ki, süni ajiotaj yaradılması, şayiələr yayılması, işbazların bu durumdan istifadə etməsi və sair bu kimi xoşagəlməz hallar müşahidə olunur.

Bu baxıımdan son günlər sosial şəbəkələrdə ayrı-ayrı tanınmış həkimlərin, mütəxəssislərin koronavirusla bağlı yaydıqları real bilgilər, onun təhlükəlilik səviyyəsi və ondan qorunma yolları ilə bağlı fikirləri təqdirəlayiqdir. Həmin məlumatlardan da aydın olur ki, bu virus daha çox “piar olunub” və insanlara real təhlükəsindən qat-qat artıq formada təqdim edilir.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev mətbuata açıqlamasında koronavirusun əlamətləri və qorunma üsullarından danışıb. 

 

 

O bildirib ki, koronavirusun əlamətləri qrip, respirator virus infeksiyalarını xatırladır: Çindən yayılan virus adətən ağciyərləri zədələyir və ağciyər çatışmazlığına səbəb olur. Beləliklə də insan tələf olur. Əgər virus ağız boşluğundan daxil olarsa, mədə-bağırsaq pozğunluqları yarada bilər".

C.İsayev bu virusdan qorunmaq üçün xəstə insanlardan uzaq olmağı məsləhət görür: “Maska taxmaq, kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, əlləri mütəmadi yumaq, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamaq lazımdır. Bundan başqa, meyvələri yeməzdən əvvəl mütləq yumaq vacibdir”.

 

 

Tanınmış həkim Dmitri Simkin özünün İnstaqram səhifəsində koronavirusu soyuqdəymədəm fərqləndirəcək əlamətlər haqda yazıb: "Koronavirus birdən peyda olur. Tez-tez kəskin respirator virus infeksiyalarının başlanğıcında balans kimi görünürsən: xəstə olmaq, xəstə olmamaq çox aydın hiss olunur. Ancaq COVID-2019 vəziyyətində hər şey fərqlidir! Xəstəlik kəskin şəkildə, əvvəlki simptomlar olmadan başlayır”, deyə ekspert yazır.

O, COVID-2019-a yoluxduqda qısa müddətdə bədən istiliyinin 39,5 dərəcəyə qədər yüksələ biləcəyini və daim bu səviyyədə qalacağını vurğulayır. Soyuqla bədən istiliyi ümumiyyətlə 38 dərəcəni keçmir.

“Məlumdur ki, 80% hallarda xəstələr quru bir öskürək tapdılar. Xəstə üçün boğazını təmizləmək çətin olsa da, güclü deyil, zəifləyən ola bilər. ARVI əsasən yaş öskürək və ya ümumiyyətlə olmaması ilə xarakterizə olunur"- deyə bildirib.

Həkimin sözlərinə görə, zəiflik və halsızlıq hər hansı bir virus infeksiyası ilə müşayiət olunur, lakin COVID-2019 ilə bu şərtlər daha nəzərəçarpan və güclüdür.

"Koronavirus infeksiyasının son mərhələlərində şiddətli nəfəs darlığı, sinə ağrısı və taxikardiya hiss edə bilərsiniz. Qeyd etmək lazımdır ki, bu simptom yuxarıda göstərilənlərin hamısı arasında ən təhlükəlidir ” - deyə həkim vurğulayıb.

 

 

Tibb üzrə professor Adil Qeybulla isə bildirib ki, hökumətin addımları infeksiyanın lokallaşdırılmasına və bu durumdan mümkün qədər az itkilərlə çıxılmasına hesablanıb: “Xoşbəxtlikdən infeksiya artıq sönən xətt üzrə getməkdədir. Çünki hava getdikcə isinəcək və bu virus da tədricən yoxa çıxacaq”.

Ekspertin sözlərinə görə, epidemiyanın yayılmasının qarşısını almaq üçün televiziya və başqa media kanalları vasitəsilə geniş maarifləndirmə tədbirləri aparılmalıdır: “Profilaktik tədbirlər necə həyata keçirilir, insanlar virusdan özlərini necə qorumalıdır, gigiyenik qaydalara necə riayət etməlidirlər və s. İnsanlar diskomfort hiss edərkən yataq rejiminə keçməli, çoxlu maye qəbul etməli və həkimə müraciət etməlidirlər”.

Adil Qeybulla kütləvi yerlərdə mümkün qədər az olmağı, qoruyucu maskalardan istifadə etməyi də zəruri sayır: “Təbii ki, tibbi maskalar təhlükənin qarşısını alır. Tibbi maskalar insanı qarşısındakı birinin asqırmasından, öskürməsindən qoruyur. Əgər o maska tibbi göstərişlidirsə, o mütləq şəkildə hava-damcıdan qoruyucu xüsusiyyətə malikdir... Ancaq bu maskalar gün ərzində tez-tez yenilənməlidir. Tez-tez asqıran, öskürən insanlar yaxşı olar ki, hər yarım saatdan bir maskanı yeniləsin. Hansısa xəstəliyə, virusa yoluxmamaq üçün taxılan maska isə 1-2 saatdan bir dəyişdirilməlidir. Əgər maska nəm olubsa, həmin dəqiqə əvəzlənməlidir”.

A.Qeybulla bildirib ki, vətəndaşlar xüsusilə ictimai nəqliyyatda ehtiyatlı olmalıdır: “Evə, iş yerinə daxil olarkən əllər mütləq şəkildə yuyulmalıdır. Asqıran, öskürən insanlardan uzaq gəzmək, əhalinin sıx toplaşdığı yerlərdə olmamaq lazımdır”.(azpolitika)

Elman


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam