Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Deputatlığa namizədlər üçün pis xəbər:Onların qeydiyyatı ləğv oluna bilər

Deputatlığa namizədlər üçün pis xəbər: Onların qeydiyyatı ləğv oluna bilər

 

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu gün - yanvarın 10-da deputatlığa namizədlərin qeydə alınması üçün sənədlərin dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi müddəti başa çatır. Seçki Məcəlləsinə görə, namizədlər imza vərəqələri ilə yanaşı, gəlirləri və əmlakları barədə də məlumatları komissiyalara təqdim etməlidirlər.

Yenixeber.org: Son günlər müxalifətdən olan bəzi namizədlər hakim düşərgədən olan opponentlərindən əmlak və gəlirlərini açıqlamalarını istəyiblər. Onlar bununla bağlı seçki komissiyalarına da üz tutublar. Amma hələlik, qarşı tərəfdən bu çağırışa hər hansı münasibət bildirilməyib.

İki gün öncə, yanvarın 7-də bu məsələyə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da münasibət bildirmişdi. M.Pənahov vurğulayıb ki, deputatlığa namizədliyini irəli sürmüş şəxslər öz əmlaklarını gizlətməməlidirlər: «Əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir. Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər».

«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov Azadliq.org-a deyib ki, deputatlığa namizədlər dairə seçki komissiyalarına (DSK) bir sıra sənədlərlə yanaşı, gəlirləri, gəlirlərinin miqdarı və əmlakları barədə sənədlər təqdim etməlidirlər: 

«Bu tələblər Seçki Məcəlləsinin 58.1.4-cü və 58.1.5-ci maddələrində yer alır».

Hüquqşünas deyib ki, bu barədə düzgün məlumat vermədikdə Seçki Məcəlləsinin 60.2.2 maddəsinə görə, namizədin qeydiyyatından imtina edilə bilər. H.Həsənov vurğulayıb ki, burada həm də söhbət bu məlumatların qəsdən gizlədilməsindən gedir. O, hesab edir ki, qanunvericilikdə bu məsələlər yer alsa da, indilikdə məqsəd heç də gəlirlər və əmlaklar barədə məlumat toplamaq deyil: «İndiki halda praktikada baş verənlər, sadəcə, hansısa arzuedilməz namizədin qeydə alınmamasına xidmət edir...» 

Hüquqşünas hesab edir ki, seçki komissiyaları bu məsələ barəsində maarifçilik işi aparmalıdırlar. Onun sözlərinə görə, əgər hansısa namizəd bilmədən gəlirləri barədə məlumat verməyibsə və 24 saat müddətində onu aradan qaldıra bilsə, qeydiyyatda problem olmamalıdır.

«Amma problem budur ki, bu məsələyə aid maddə tətbiq edilmir. Bunu məqsədli şəkildə izah etmirlər və maarifləndirmə işi aparmırlar ki, bir növ arzuedilməz namizədlərə badalaq vurmaq yeri kimi qalsın», –H.Həsənov bildirib.

Yeri gəlmişkən, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar bir müddət öncə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət göndərərkən bunu islahatların sürətləndirilməsi məqsədi ilə izah etmişdilər. İndi bəzi ekspertlər sual edir ki, «öz gəlir və əmlakı haqqında məlumat verməyən şəxslərlə islahatları sürətləndirmək olarmı?» 

Yeni Azərbaycan Partiyası (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev də «Turan» agentliyinə deyib ki, Seçki Məcəlləsinin tələbinə görə, namizədlər əmlakları, gəlirləri barədə DSK-lara məlumat verməlidir. «Əgər bütün namizədlərimiz qeydə alınıbsa, demək, onlar Seçki Məcəlləsinin bütün tələblərinə əməl ediblər»,- H.Paşayev vurğulayıb.

Ancaq namizədlikləri qeydiyyata götürülən şəxslərdən indiyə kimi kimin öz gəlir və əmlakı haqqında məlumat verdiyini, kiminin isə vermədiyini, hələlik, Mərkəzi Seçki Komissiyasından dəqiqləşdirmək mümkün olmayıb. «Report» agentliyinin məlumatına görə, MSK sədri yanvarın 8-də keçirilən iclasda deyib ki, «əmlakla bağlı məsələni istəsək də, nəzərə ala bilmirik».

M.Pənahov yenə vurğulayıb ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir. «Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, iddiaçının xeyrinə məsələni həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtiylə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək», - agentliyin xəbərinə görə, MSK sədri qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam