Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

27 nəfərin - deputatlığa namizədliyi qeydə alınıb

27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 namizəd müraciət edib.
Yenixeber.org: Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən, 11 nəfəri təşəbbüs qrupları, 1447 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

MSK sədri qeyd edib ki, həmin müraciət edən şəxslərin 1348 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 1142 nəfəri isə imza vərəqələrini artıq götürüb. 159 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 27 nəfər qeydə alınıb. 74 nəfər isə özləri seçkilərdə iştiraklarını dayandırıb.

Qeyd edək ki, 2020-ci il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam