Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Vaqif Əliyevin 385 milyon dollar pulu var —SÜRƏTLƏ VARLANIR

Kiyevdə kommersiya daşınmaz əmlak biznesi ilə məşğul olan developer Vaqif Əliyev daha da varlanaraq Ukraynanın ən varlı adamları siyahısında 18-ci yerə qalxıb. 

Yenixeber.org: Bu haqda Ukraynanın “Novoe Vremya” (NV.ua) jurnalının hazırladığı reytinqdə göstərilir.

Reytinqdə oliqarx Rinat Axmetov lider olaraq qalır və onun sərvətinin həcmi  9 milyard dollara yaxındır. Azərbaycanlı Vaqif Əliyev ötən il 100 ən varlı ukraynalılar siyahısında 19-cu idi. Bu il isə ekspertlər onun sərvətini 385 milyon dollar qiymətləndiriblər və ötən ilə nisbətən 30 faiz artdığını qeyd ediblər.

2018-ci ildə isə Vaqif Əliyevin cəmi 296 milyon dolları var idi. Hərçənd onun sərvətində 2017-ci ilə nisbətən 54 faiz artım qeydə alınmışdı. Vaqif Əliyevin əsas aktivləri sırasında Kiyevdəki “Mandarin Plaza” və “Parus” biznes-mərkəzləri göstərilir. Lakin Əliyev bu sahədə biznesini ildən-ilə genişləndirir, o, Kiyevdəki “Lavina”, “Blockbuster”, “Ocean Mall” ticarət-əyləncə mərkəzlərinin də sahibidir.

Vaqif Əliyevin “Blockbuster” ticarət-əyləncə mərkəzinin birinci hissəsi noyabrın 20-də istifadəyə verilib. Layihə tam başa çatandan sonra bu obyekt Ukraynanın ən iri ticarət-əyləncə mərkəzinə çevrilməlidir. Obyektin ümumi sahəsi 450 min kvadratmetrdir. “Lavina” ticarət-əyləncə mərkəzinin sahəsi isə 144 min kvadratmetr təşkil edir.

2016-cı ildə Vaqif Əliyev Ukrayna KİV-lərinə müsahibəsində demişdi: “Mən Kiyevdə daha səkkiz ticarət mərkəzi tikməyə hazırlaşıram. İndiyə qədər milyonlarla kvadratmetr tikmişəm və onların sahibiyəm. Çünki hesab edirəm ki, Kiyevin böyük gələcəyi var. İstənilən halda Ukrayna mövcud olacaq, müharibə qurtaracaq, hər şey olacaq. Bundan başqa mən heç vaxt Ukraynadan köçüb xaricdə yaşaya bilmərəm. Burada mənim bütün uşaqlarım, nəvələrim yaşayır. Özüm də xarici dil bilmirəm. Azərbaycanda yaşaya bilərəm, çünki azərbaycan dilini bilirəm. Ancaq istəmirəm, mənim Ukrayna xoşuma gəlir. Mən burada yaşamaq istəyirəm. Axı mənim 20 yaşım yoxdur. Bu yaşdan sonra hara köçə bilərəm?”.

Vaqif Əliyev yerli onu da deyib ki, Kreşatikdə, Kiyevin mərkəzində 7 ulduzlu otel tikmək planları qüvvəsində qalır. “Mən hökmən onu tikəcəyəm. Bütün bu işləri bitirəndən sonra hökmən yeddilduzlu otel tikəcəyəm. Elə həmin vaxta qədər, 2-3 il sonra hər şey yaxşı olacaq, müharibə bitəcək”-azərbaycanlı iş adamı bildirib.

Vaqif Əliyevin sözlərinə görə, Ukrayna gözəl ölkədir, ukraynalılar gözəl xalqdır. “Görürsünüz, bir azərbaycanlı burada nə qədər obyekt tikir, bir ukraynalı da gəlib soruşmur ki, “azərbaycanlı, sən nəyə görə burada tikirsən?”. Burada baxmırlar ki, hansı millətdənsən, ona baxırlar ki, sən necə adamsan, necə yaşayırsan. Mənim qızlarım ukraynalılara ərə gedib. Tez-tez deyirəm ki, əgər sifətdən oxşasaydım məni milliyətcə ukraynalı saymaq olardı. Ukrayna mənə Azərbaycandan çox vətəndir. Hərçənd mən azərbaycanlıyam, bütün qohumlarım Bakıda yaşayır”-iş adamı deyib. (virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam