Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Adnan Oktarla bağlı yeni etiraflar:"...uşaq dünyaya gətirmək qadağan idi"

 

Adnan Oktarın cinayətkar dəstəsinə yönəlmiş iddianamədə qalmaqallı “abort” detalı diqqət çəkib. 

Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, istintaq sənədlərinə görə, qrup rəhbəri Adnan Oktar 1991-ci ildə abortun haram olduğunu deyib, amma bunun ardınca bərabər olduğu təşkilat üzvləri olan qadınların hamilə qalmasından sonra “abort haram deyildir” söyləyib. Aylin Atmaca, Didem Ürer, Gülgün Göktan və Ebru Atillanın da abort etdirdikləri iddia edilib. 

İstanbul Cümhuriyyət Baş Prokurorluğunda hazırlanan iddia ərizəsində şahid olaraq ifadəsi alınan H.K abort qalmaqalı ilə bağlı hər şeyi danışıb. 

H.K. ifadəsində aşağıdakıları deyib: “1991-ci ilə qədər təşkilat içində Adnan Oktarın icazəsi ilə evlənmək sərbəst olsa da, uşaq dünyaya gətirmək qadağan idi. Çünki Adnan Oktar uşağın ayaq bağı olacağını düşünürdü. Amma evli olanların bəziləri qəza ilə uşaq sahibi oldu və uşaqlar da elə təşkilatın içində böyüməyə başladı”. 

“ÖNCƏ HARAM DEDİ” 

Adnan Oktar əvvəl “Qurana görə, abort haramdır. Qəza da olsa, uşaqlar dünyaya gəlsin” dedi. Amma özü 1991-ci ildən sonra təşkilatdakı bütün evli olanlara boşanma təlimatını verdi və Allah razılığının özündə olduğunu dediyi üçün təşkilatda olan bütün qadınların onunla evlənməsini dedi”. 

Son dakika haberi: İddianamede korkunç itiraf!  4 kızı hamile bırakıp...

"ÖZÜNÜ XİLAS ETMƏK ÜÇÜN…"

“Burada rəsmi evliliklər davam edirdi. Amma qadınlar Adnan Oktarın imam nikahlı arvadı idi. Aylin Atmaca adlı şəxs Mehmet Murad Atmaca adlı şəxsin rəsmi olaraq həyat yoldaşı idi. Amma Adnan Oktar hər kəsi boşandırdıqdan sonra Aylin Atmaca ilə münasibətə girərək, onu hamilə qoydu. 

Əvvəllər etiraz etdiyi abort məsələsi ilə bağlı “təkrar ayələrə baxaq” dedi və bir toplantıda abort etdirməyin Qurana görə haram olmadığını dedi. Aylin Atmaca da abort etdirdi. Buradakı vəziyyət isə “Mehdinin uşağı olmazdı” deyə bir hədisə əsasən tənzimlənmişdi. O, uşağı olarsa, Mehdi olmadığının ortaya çıxacağından narahat idi. Ona görə də abort etdirdi”. 

Bundan başqa, A.Oktarın birlikdə olduğu qadınlardan Gülgün Göktan və Ebru Atilla Yılmazın da hamilə qaldıqları və abort etdirdikləri iddia edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam