“Adnan Oktar vəkillərinin vasitəsilə təşkilatı həbsxanadan idarə edir”.
Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, belə bir açıqlama ilə 30 ildir Adnan Oktar təşkilatının üzvü olan və ötən gün sərbəst buraxılan “kedicik” Ece Koç çıxış edib.
Qeyd edək ki, Ece Koç Adnan Oktarın beynəlxalq lobbiçilik fəaliyyətlərindən məsul olan qadın imamlardan biri olub. O ifadəsində həmçinin bildirib ki, vəkillərin bununla həbsxanadakı təşkilat üzvlərinin məlumat sızdırmasının qarşısını almağa çalışır.
30 ildir təşkilata üzv olan Ece Koç Adnan Oktarın təlimatı ilə həyat yoldaşından ayrılıb və 25 il uşağını görməyib. Ötən gün Silivri həbsxanasından sərbəst buraxılan qadın 25 ildən sonra ilk dəfə oğlunu görmək şansı əldə edib.
Eyni zamanda Ece Koçun təşkilatın İsrail və ABŞ-la, eyni zamanda FETÖ və israilli missionerlərlə əlaqələri haqqında da önəmli məlumatlar verdiyi söylənilib.
Digər tərəfdən, Ece Koçun 27 səhifədən ibarət bəyanatında təşkilatın turniket sistemi, qadınların kölələşdirilməsi və gənc qızların təcavüzü ilə əlaqədar mühüm etiraflar yer alıb.(yeniçağ)