Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hacı İbrahimə daha bir zərbə - Fotolar

 

Hacı İbrahimə daha bir zərbə -

Bakının Qaradağ rayonunda “Avesta konserni” MMC-nin prezidenti Hacı İbrahim Nehrəmliyə aid “Xəzər adaları”dan oğurluq edilib.

Yenixeber.org: “Avesta konserni”ndə çalışan mənbədən redaksiyamıza daxil olan məlumatda deyilir ki, ötən gün tikintisi dayanan “Xəzər adaları”nda avtomobil yollarının kənarına döşəmək üçün nəzərdə tutulan və İtaliyadan alınan bahalı mərmərlər kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən oğurlanıb. 

Məlumatda deyilir ki, tikinti ərazisi böyük olduğundan yalnız ticarət obyektləri, yaşayış binaları və satış ofisinin qarşısında təhlükəsizlik kameraları quraşdırılıb. 

Mərmərlər isə, kompleksin girişindən yaşayış binalarına gedən yolda, ayrıcı körpüyə çatmamış olan ərazidən aparılır. 

Məlumatı verən mənbənin sözlərinə görə, hadisə ilə bağlı ərazidəki bütün müşahidə kameralarına baxılsa da, şübhəli avtomobil və ya kimlərsə müəyyən olunmayıb. Güman edilir ki, yola düzmək üçün qoyulan mərmərlərin olduğu ərazi dənizə yaxın olduğundan onlar qayıq vasitəsi ilə gecə saatlarında oğurlanıb. 

Mənbə həmçinin bildirib ki, neçə ildir “Xəzər adaları”da tikinti dayandığından mühafizə xidmətinin əməkdaşlarını sayı 80 nəfərdən 10 nəfər endirilib. Onlar da növbəli sistemlə çalışır ki, bu da ərazini tam nəzarət altından saxlamağa imkan vermir. 

Maraqlısı isə, oğruluq faktına görə, “Avesta konserni” rəhbərliyinin polisə müraciət etməməsidir. 

Ərazi Qaradağ rayonuna aid olduğundan bu hadisə ilə bağlı rayon polis idarəsinə hər hansı bir şikayət daxil olmayıb.(AzEuroNews) 

Hacı İbrahimə daha bir zərbə -
Hacı İbrahimə daha bir zərbə -
Hacı İbrahimə daha bir zərbə --

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam