Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Tahir Kərimovun hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli —FOTOLAR

 

 

Salyanın keçmiş icra başçısı Tahir Kərimovun Qusar rayonunda milyonluq biznes əmlakı ortaya çıxıb. 


Yenixeber.org: Bu barədə saytımıza Qusar rayon sakinləri məlumat veriblər. 


Məlumata görə, Qusarın Qayakənd ərazisində yerləşən və hektarlarla meşə sahəsi olan "Alpine Qusar Hotel&Resort" adlanan istirahət mərkəzi Tahir Kərimova məxsusdur. Sözügedən istirahət mərkəzi Qusarın ən səfalı və bahalı ərazisində - Qusar çayının sahilində yerləşir. 

 

Related image


Sabiq icra başçısı özü də tez-tez burada istirahət edir. Hazırda sözügedən obyekt Tahir Kərimovun qohumları tərəfindən idarə olunur. 


Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Tahir Kərimovun telefon nömrələrinə zəng etsək də, onunla əlaqə saxlamaq cəhdlərimiz alınmayıb.(demokrat) 


Zaur Hacılı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam