Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tahir Kərimovun evi muzeyə çevrilib?- Açıqlama

87

 

“Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayondakı evinin İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”

Xeberinfo.com:   Bunu ANSPress-ə Salyan Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Cəbrayılov deyib.
Onun sözlərinə görə, Tahir Kərimovun doğrudan da, Salyanda evi var. Ancaq bu ev şəxsidir, onun özünə məxsusdur: “Fərdi yaşayış evinin icra hakimiyyətinin balansında muzey kimi istifadəsi mümkün deyil. Düzdür, Tahir müəllim icra başçısı işləyəndə buradakı evdə yaşayırdı. Ancaq hazırda ev boşdur. Sabiq icra hazırda həmin evdə yaşamır”.
Rəşad Cəbrayılov onu da əlavə edib ki, gələcəkdə həmin evin muzey kimi icranın balansına verilməsi müzakirə mövzusu deyil.
Qeyd edək ki, Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun işlədiyi dövrdə orada inşa etdirdiyi dəbdəbəli villasının bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcəyi ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, villa Salyan şəhərinin mərkəzində yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam