Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Gənc deputatlar Bakıda toplandılar

 

Gənc deputatlar Bakıda toplandılar
Bakıda Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransı keçirilir.
 Yenixeber.org: Milli Məclisdə təşkil olunan konfransda Azərbaycan parlamentinin sədri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov, o cümlədən, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron, Parlamentlərarası İttifaqın Gənclər forumunun sədri Mourine Osoru və digər xarici qonaqlar iştirak edirlər.

Konfransda bildirilib ki, dünyada 30 yaşından cavan deputatların sayı son 2 ildə 1.9 faizdən, 2.2 faizə qədər artıb. Bu artıma baxmayaraq, dünya əhalisinin 30 yaşdan aşağı olan hissəsi ilə müqayisədə gənc parlamentarilərin sayında kəskin azlıq müşahidə edilir. Gənc deputatların say çoxluğu ən çox Avropada müşahidə edilir, sonra isə sırada ABŞ-dır.

Dünya parlamentarilərinin aşağı palatasında olan 30 yaşdan aşağı deputatların sayı 30 faizdən azdır, parlamentlərin yuxarı palatalarının 76 faizində isə bu yaşda deputat, ümumiyyətlə, yoxdur. 40 yaşından aşağı deputatların da sayı 2016-cı ildə 14.2 faiz idisə, 2018-ci ildə 15.5 faiz olub. 45 yaşdan aşağı parlamentarilərin sayı 2016-cı ildə 26 faiz, 2018-ci ildə isə 28.1 faiz təşkil edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam