Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qaz İdarəsinin rəisi boru alverinə girişib

 

Xəyyam Rzayev köhnə boruları Nail adlı şəxslə birlikdə təzə adıyla dövlətə satırmış 

"Xeberinfo.com":   Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Xəyyam Rzayevlə bağlı maraqlı məlumat yayılıb. JAM.AZ-a verilən məlumata görə, Rzayev son dövrlər boru alverinə girişib. 

Belə ki, yerin altındakı köhnə qaz borularını çıxararaq, üzərinə izolyasiya qatı vurduran idarə rəisi Sumqayıtdakı Ekologiya Postunun yaxınlığında yerləşən dəmir bazarını mal və materiallarla təhciz edən əsas fiqur olaraq tanınır. 

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, idarə rəisinin bu işdə şəriki Masallıdan olan Nail adlı şəxsdir. Belə ki, bu şəxslər xüsusi briqadalar yaradaraq, onların vasitəsi ilə yerin altındakı köhnə və istismara yararsız boruları çıxararaq, onların üzərinə izolyasiya qatı vuraraq, «təzə» halına salırlar. Ardından isə dövlət sifarişləri üçün istifadə edirlər. 

Məlumatda vurğulanır ki, Nail adlı şəriki ilə birlikdə hərəkət edən Xəyyam Rzayev bu yolla dövlət büdcəsindən xeyli vəsait əldə edə bilirlər. Daha doğrusu, onlar köhnə boruları «yenilədikdən» sonra təzə adı ilə sənədləşdirmək yoluyla bu istəklərini reallaşdırırlar. 

Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Xəyyam Rzayevin bu posta təyinat alması isə yaxın qohumunun SOCAR-da mühüm postlardan birini tutmasıyla bağlıdır. 

Yazıda adları keçən şəxsləri dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam