Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya nüvə başlıqlı raketləri Avropaya tuşlayıb –Almaniya qəzetindən sesnsasiyalı iddia

Almaniya qəzeti “Frankfurter Allgemeine Sonntagszeitung”(FAZ) qəzeti yazır ki, Rusiya gözləndiyindən daha çox yeni qanadlı raketlər yerləşdirib. Mənbənin məlumatına görə söhbət 9М729 raketlərindən gedir.

Yenixeber.org: Qəzetin fevralın 10-da qərb kəşfiyyatındakı adı çəkilməyən mənbəə istinadla verdiyi məlumata görə, bu raket batalyonları Şimali Osetiyanın Mozdok rayonu və Moskva ətrafındakı Şue ərazisində yerləşdirilib.

Qeyd edək ki, Birləşmiş Ştatlar fevralın 2-də soyuq müharibə dövründə Rusiya ilə imzalanmış raket müqaviləsindən çıxdığını bəyan edib. 1987-ci ildə imzalanan həmin müqavilə 500-dən 5000 kilometrədək uçan raketlərin istehsalı, saxlanması və yerləşdirilməsini qadağan edirdi.

Bundan sonra Moskva da eyni addım atıb. Tərəflər dəfələrlə bir-birlərini həmin müqavilənin şərtlərini pozmaqda günahlandırır. Mənbənin yazdığına görə, dörd batalyonunun hər birində 4 təkərli raket buraxan qurğu, onların hər birində isə 4 ədəd raket var.

Mənbə qeyd edir ki, Rusiyada adi və nüvə başlıqları daşıya bilən azı 64 belə raket var.

“Frankfurter Allgemeine Sonntagszeitung” (FAZ) yazır ki, 2350 kilometrlik məsafə qət edə bilən bu raketlər, indiki mövqelərindən Şərqi və Şimali Avropanı hədəfləyə bilər.

Bu raket sistemlərinin yerini dəyişəndə isə, onlar Portuqaliyadan başqa bütün Avropaya çata bilir. Rusiya isə iddia edir ki, bu raketlər 480 kilometrlik məsafəni qət edə bilir.

(Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam