Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bir qrup fəhlə pul tələbi ilə “Azərsu”nun qarşısına toplaşdı-Foto

 

“Azərsu” ASC-nin podratçı şirkətlərindən birinin əməkdaşları ötən gün ASC-nin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar aylardır yığılıb qalan əmək haqlarının verilməməsinə etiraz edirlər.

Yenixeber.org: Etirazçılara sayğac quraşdırdıqlarına görə vəd olunan ödəniş iki aydır ki, verilməyib. Onların sözlərinə görə, rəhbərlik hər gün get-gələ salaraq işçilərə çatan məbləği verməkdən imtina edir: “Deyəndə pulumuzu verin, deyirlər ki, gedin Qorxmaz müəllimdən (“Azərsu” ASC-nin sədri) alın. Biz də ona görə bura gəlib pulumuzu istəyirik. Ac nə vaxta qədər dolanmalıyıq? Danışmışıq ki, bir sayğaca görə 20 manatdan pul verilsin. İndi pulumuzu vermirlər, bəzi işçilərə də deyiblər ki, sayğacın birinə 7-10 manat verək. Bizə söz verdikləri pulu versinlər, başqa heç nə istəmirik”, - deyə işçilərdən biri bildirir.

 

Onların sözlərinə görə, artıq işə gəlməyə yol pulu tapmırlar. Təxminən 40 nəfərə yaxın işçi isə avtobusa ödəniş etməyə 30 qəpik tapmadığından aksiyaya qoşulmayıb.

Problemlə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. ASC rəsmisi saytımıza açıqlamasında artıq həmin işçilərin rəhbərlik tərəfindən qəbul oldunduğunu və problemlərinin həll olunacağını dedi: “Həmin şirkət “Azərsu” ASC-nin podratçı şirkətidir. Etirazçılar artıq vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Heydər Abbasov qəbulunda olublar. Onlara ödənilməyən bütün məbləğ bu gün və sabah ödəniləcək. Heç bir problem yoxdur”.(virtualaz)

Gülnar Əliyeva


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam